“Ermənistan ölkədən gedənlərin geri qayıtmasına hazır deyil”
Tarix: 04.05.2020 | Saat: 19:54:00 | E-mail | Çapa göndər



“Sabah xaricdə yaşayan hər hansı bir erməninin Ermənistana qayıdarkən hansı aqibətlə qarşılaşacağı bizi düşündürürmü? Demək istəyirəm ki, bu gün Ermənistan hökuməti genişmiqyaslı geri qayıtma prosesinə hazır deyil”

Hələ 2017-ci ilin sentyabrında İrəvanda keçirilən VI Ümumerməni Ermənistan-Diaspor konfransında çıxış edən o vaxtkı prezident Serj Sarkisyan 2040-cı ilə qədər Ermənistanın 4 milyonluq bir ölkəyə çevriləcəyi barədə utoptk bir proqramla çıxış etmişdi.
Ermənistanda demoqrafik tendensiyaların həyəcan doğurduğunu bildirən Sarkisyan erməniləri immiqrasiyanın artırılması üçün səyləri birləşdirməyə çağırmışdı. Yəni, nəyin bahasına olursa-olsun Ermənistanda yaşamaq istəyən ermənilərin sayını artırmaq. Xatırladaq ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşiynan da bir neçə dəfə sələfinin fikirlərini təqdir etmişdi. O, Ermənistanda artıq «demokratiya»nın bərqərar olduğunu bildirərək, xaricdə yaşayan ermənilərin «öz tarixi vətənlərinə» qayıtmaları üçün çağırış etmişdi. “Xaricə gedirik və erməni diasporunun müxtəlif icmalarına baş çəkirik, lakin onları vətənə qayıtmağı təşviq etməyi prioritet hesab etmirik”. Bu fikirləri isə ötən gün baş nazir yanında Diaspor işləri üzrə baş komissar Zara Sinanyan «Qolos Armenii» saytına verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, bu gün vətənə qayıtmaq qərarına gələn ermənilərin işlə təmin olunması son dərəcə vacib şərtlərdən biridir: “Ancaq deyin görək, sabah xaricdə yaşayan hər hansı bir erməninin Ermənistana qayıdarkən hansı aqibətlə qarşılaşacağı bizi düşündürürmü? Yəni, demək istəyirəm ki, bu gün Ermənistan hökuməti genişmiqyaslı geri qaytarma prosesinə hazır deyil”. Sinanyanın sözlərinə görə, bu gün xaricdəki ermənilərin qəfildən Ermənistana gəlmək istəyəcəkləri təqdirdə, onların ölkə haqqında gerçək bir təsəvvürə sahib olmaları da önəm kəsb edir. Amma məlum olur ki, erməniləri vətənlərinə cəlb etmək üçün bir vaxtlar proqram həyata keçirən Diaspor Nazirliyi ləğv olunduqdan sonra onun səlahiyyətlərini yerinə yetirəcək qurumlar işlərinin öhdəsindən elə də uğurla gəlmirlər. Məsələn, onların proqramında əsas olaraq «geri qaytarmağa ehtiyac duymuruq və əsas funksiyamız səyahət etməkdir» ideyası əsas yer tutur. Qeyd edək ki, diaspor üzrə baş komissar, yuxarıda sadaladıqlarına rəğmən, xaricdəki ermənilərlə bağlı planların daha pis variantlarının da olduğunu bildirir. Sinanyan bu variantların daha çox sabiq diaspor rəhbəri Mxitariyan Arutyanın adı ilə əlaqələndirir. Sinanyana sözlərinə görə, bu gün xaricdə yaşayan ermənilərin əksəriyyəti öz yurdlarından kənarda «sürgündə» yaşayırlar. Amma etiraf edilməlidir ki, Ermənistan ölkədən gedənlərin geri qayıtmasına hazır deyil. Əslində, ermənilərin bu gedişlə yaxın 30-40 ildə heç bir mühacir ermənini qəbul edəcəyi də inandırıcı görünmür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info