“Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiq qalır”
Tarix: 04.05.2020 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib. APA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, Aİ-nin Ali Nümayəndəsi Cozef Borrell Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı Avropa Parlamentinin üzvünün sualını cavablandırıb.
Aİ-nin Ali Nümayəndəsi sorğuya cavab verərək bildirib ki, Aİ Azərbaycan da daxil olmaqla, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiq qalır. Bu, 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib.
C. Borrell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 31 mart 2020—ci il tarixində verdiyi bəyanatda Aİ-nin Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”nin konstutision və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini vurğulayıb.

XİN Mnatsakanyanın Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı fikirlərinə münasibət bildirib
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirib.
APA-nın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir.
“Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb. O bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib.
Nazir bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib.

“Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır”

Bu arda Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Bakıt Yusupov AZƏRTAC-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. Bakıt Yusupov deyib ki, Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında dinc yolla və diplomatik metodlarla nizamlanmasının tərəfdarıdır: “Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini dəstəkləyir.
İkitərəfli münasibətlərin inkişafının ümumi dinamikası beynəlxalq məkanlarda, o cümlədən BMT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyi hesabına daha da möhkəmlənir. Bu halda beynəlxalq gündəliyin aktual məsələləri barədə Qırğızıstanın və Azərbaycanın mövqeləri uyğun gəlir.
Bütövlükdə, beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində Qırğızıstanın və Azərbaycanın əməkdaşlığı durmadan inkişaf edir, iqtisadi, mədəni-humanitar və hüquq-mühafizə sahələrində qarşılıqlı əlaqələr dərinləşir. Yeni təhdidlərə və təhlükələrə qarşı mübarizə də əməkdaşlığın mühüm istiqamətidir”.
Bakıt Yusupov yaxın vaxtlarda Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilməsini də şərh edib: “Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma “seçkilər” keçirilməsi barədə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Qırğızıstanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA bəyanatlarla çıxış ediblər. Məlum olduğu kimi, Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında dinc yolla və diplomatik metodlarla nizamlanmasının tərəfdarıdır. Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini dəstəkləyir. Qırğızıstan diplomatik münasibətlər yaratdığı hər bir dövlətin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə tərəfdardır”.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenə də cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info