Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi:“Seçkilər beynəlxalq standartlara uyğun keçdi”
Tarix: 10.10.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Klod Monike: “Səslərin sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq standartların qorunduğunun şahidi olduq”

Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Klod Monike ölkəmizdə keçirilən prezident seçkilərini qurumun 9 nəfərlik nümayəndə heyətinin izlədiyini bildirib. Diqqətə çatdırmışdır ki, ESİSC Azərbaycanda keçirilən prezident seçkilərində müstəqil müşahidə missiyasını yerinə yetirib. Klod Monike deyib ki, oktyabrın 9-da nümayəndə heyətinin üzvləri gün ərzində Bakı, Sumqayıt şəhərlərində və digər ərazilərdə yerləşən 200 seçki məntəqəsində müşahidə aparıblar. Günün sonunda isə 11 məntəqədə səslərin hesablanması prosesini izləyiblər. Eyni zamanda ESİSC-in nümayəndə heyəti Bakıda və Sumqayıtda əlillər üçün mobil səsvermə məntəqələrində, cəzaçəkmə müəssisəsində və hərbi hissədə təşkil edilmiş seçki məntəqələrində olublar. Müşahidə qrupunun rəhbəri vurğulayıb ki, həbsxanalarda seçkiləri keçirmək təhlükəsizlik nöqteyi-nəzərindən çətindir. Ona görə də ESİSC nümayəndələri həbsxanalarda məhkumların tam məxfiliklərinin qorunması şərti ilə seçki hüquqlarının təmin olunmasını yüksək qiymətləndirirlər.
Klod Monike bildirib ki, nümayəndələr baş çəkdikləri bütün məntəqələrdə, eləcə də əlillər üçün təşkil edilmiş mobil seçki məntəqələrində həm seçki komissiyası, həm də milli müşahidəçi missiyaları tərkibində qadınların fəal iştirakını müşahidə ediblər. Eyni zamanda, vətəndaşların seçki məcəlləsinə olan hörmətinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və müstəqil vətəndaşların seçkilərdə müşahidəçi qismində fəal iştirakının və seçicilər arasında qadınların və gənclərin üstünlük təşkil etməsinin şahidi olublar.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin baş icraçı direktoru bildirmişdir ki, səslərin hesablanması zamanı da nümayəndələr qanuna ciddi şəkildə riayət edilməsini və yerli müşahidəçilərin fəallıqlarını müşahidə ediblər. ESİSC nümayəndə heyəti bütün bunları nəzərə alaraq Azərbaycanda seçkilərin şəffaflıq şəraitində və beynəlxalq standartlara uyğun olaraq keçdiyini təsdiqləyib. Azərbaycan hələ də keçid və stabilləşdirmə dövründə olmasına baxmayaraq azad, ədalətli və şəffaf seçki qaydalarını tam təmin edib. K.Monike daha sonra deyib: “Seçkilərdən sonra səslərin sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi tam qane edib. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin işlərini asanlaşdırıb”. Klod Monike vurğulayıb ki, ümumilikdə oktyabrın 9-da seçki məntəqələrində apardıqları müşahidələrə və əldə etdikləri nəticələrə əsasən Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf həyata keçirildiyini demək mümkündür. Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Klod Monike deyib ki, KİV-lər bu prosesdə mütəşəkkilliklə iştirak edib.
Müşahidə missiyasının rəhbəri qeyd edib ki, tərəfimizdən Azərbaycanda keçirilən seçkilərlə bağlı yekun bəyanat hazırlanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info