“İslahatlar imkan verdi ki, peşəkar, bilikli, müasir gənc kadrlar önə çəkilsin”
Tarix: 05.05.2020 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Ənvər Əsgərov: “Hazırda karantin rejimi olsa da, bir könülü olaraq fəaliyyətimi onlayn davam etdirirəm. Dərslərimlə paralel olaraq könüllülük fəaliyyətimdən də qalmıram”

“Könüllülər” rubrikasının budəfəki qonağı Ənvər Əsgərovdur. Ənvər Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsidir. O bu fakültədə "Kompüter elmləri" ixtisası üzrə təhsil alır. Ənvər deyir ki, ixtisasını öz istəyi ilə seçib və texnikanın inkişaf etdiyi bir dövrdə təhsilini uğurla başa vuraraq yaxşı mütəxəssis kimi cəmiyyətimizə töhfə vermiş olacaq. Bu maraqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:

- Bir aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə dəyərləndirirsən?

- Azərbaycan gəncliyi daim inkişafdadır, gənclərimizin hazırkı durumunu isə müsbət qiymətləndirərdim. Ümumiyyətlə təqdir olunası haldır ki, ölkəmizdə gənclər siyasəti düzgün qurulub bütün sahələrdə gəncləşmə siyasəti gedir. Hazırda bir çox məsul vəzifələrə olan təyinatlara baxanda aşkar görürük ki, idarəçilik işlərində daha çox gənclərin əməyi və bilik-bacarıqlarından istifadə edilməsinə üstünlük verilir.
Prezident son çıxışlarının birində də xüsusi olaraq qeyd etmişdi ki, yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə təmsil olunması bizim şüurlu seçimimizdir. Yəni, kadr islahatları həqiqətən də imkan verdi ki, yeni peşəkar, bilikli, müasir gənc kadrlar önə çəkilsin.
Bu gün Prezident İlham Əliyevin gənclər siyasəti nəticəsində Azərbaycanda gənclərin inkişafı üçün də hər cür şərait yaradılıb. Artıq bu günün gənci əvvəlki illərin gəncindən çox fərqlənir. Müasir gəncliyin hədəfi öz savadı, biliyi və dünyagörüşü ilə öndə olmaqdır. Bir sözlə gənclər gələcəyimizin qurucularıdır! Prezident İlham Əliyevin gəncləşmə siyasəti də ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Mən dövlət başçısının bir fikrini də misal göstərmək istərdim : “Gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”. Deməli, müasir gənc həm də yüksək intellektə malik olmalıdır.

“Dostlara da demək istərdim ki, bəzi sosial izolyasiya qaydalarının yumşalmasına baxmayaraq ehtiyac olmadığı halda günlərini ictimai yerlərdə keçirməsinlər. Qısası, onlara səslənirəm ki, “#Evdəqalın, amma dərsdən qalmayın!”

- Gənclərin son illərdə daha çox irəli çəkilməsindən söz açdın. Bəs, ölkədə gənclərin təhsili istiqamətində yaradılan şəraiti necə qiymətləndirirsən?

- Əlbəttə söhbət savadlı, intellektual və bacarıqlı gənclərdən gedirsə, onlar daim irəlidə olmalıdırlar və bu gün gənclərimiz üçün də əsas məqam təhsil sisteminin yaxşı olmasıdır. Mükəmməl olmasa da Azərbaycanda təhsil sistemi xeyli müsbətə doğru dəyişə bilib. Əslində nadir ölkələr var ki, yalnız onlarda təhsil sistemi mükəmməldir. Hər ölkədə neqativlər var. O ki qaldı gənclərimizin təhsil almaları istiqamətində yaradılan münbit şəraitə bir daha qeyd edirəm ki, bu gün ölkəmizdə genişmiqyaslı islahatların aparıldığı bir şəraitdə inkişaf edən sahələrdən biri də təhsildir. Baxmayaraq ki, son aylar bir çox sahələrdə olduğu kimi təhsildə də müəyyən çətinliklər yarandı, dövlətimiz operativ addımlar ataraq şagird və tələbələrimizin də təhsillərindən geri qalmamaları üçün müəyyən ciddi işlər gördü. Bilirsiniz ki, artıq bir neçə müddətdir dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizdən də yan keçmədi və bəzi fəsadlar törədə bildi. Belə ağır dönəmdə vətəndaşlarımızın sağlamlığı üçün karantin rejimi elan olundu. Hazırda da davam edən karantin rejimində biz təhsilimizi onlayn davam etdiririk. Bu imkanı bizə yaratdığı üçün universitet rəhbərliyinə təşəkkür edirəm. Dostlara da demək istərdim ki, bəzi sosial izolyasiya qaydalarının yumşalmasına baxmayaraq ehtiyac olmadığı halda günlərini ictimai yerlərdə keçirməsinlər. Qısası, onlara səslənirəm ki, “#Evdəqalın, amma dərsdən qalmayın!”.

- Bu il “Könüllülər il”i elan edilib. Gənclərimizin könüllülük hərəkatına verdiyi töhfələri necə dəyərləndirirsən?

- Prezidentin ötən ilin 30 dekabrında imzaladığı məlum Sərəncamında qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, gərəklilik könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Həqiqətən də könüllülük prinsipləri bizim qanımızda, genimizdə var... Bizim könüllü gənclərimiz hələ illər öncə ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışdılar. Bu gün də ayrı-ayrı dövlət qurumlarının fəaliyyətlərində yardımçı olan könüllü gənclərimizin əməkləri danılmazdır. Bu məsələ ətrafında danışacaq o qədər çox sözüm var ki... Məni son dönəmlərdə daha çox həvəsləndirən və sevindirən gənclərimizin könüllülük prinsiplərinin bu qədər gözəl mənimsəmələri oldu. Və hər kəsə məlum olduğu kimi könüllü gənclərimiz çoxşaxəli istiqamətlər üzrə müntəzəm fəaliyyətdədirlər. Bu olduqca təqdirə layiq haldır. Çox şadam ki, Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alır. Bəli, Prezident İlham Əliyevin 2020-ci ili “Könullülər ili” elan etməsi təkcə könüllü gənclərimizə, tələbələrimizə deyil, ümumilikdə Azərbaycan gəncliyinə verdiyi dəyərin daha bir bariz nümunəsi idi. Bu həm də gənclərə könüllülük hərəkatına daha aktiv qoşulmaq istiqamətində verilən fürsətdir. Biz gənclər bu fürsətdən istifadə edib fəaliyyətimizi dövlətçilik, milli dəyərlərin təbliği istiqamətində də qurmalıyıq.
Doğrudur, bu gün bizim gənclər həqiqətən də "Könüllülük prinsipləri" ilə çox işlər görürlər. Amma bununla kifayətlənmək olmaz. Biz daim axtarışda olmalıyıq. Mən özüm də könüllülük hərəkatına qoşulan bir gənc olaraq bununla fəxr edirəm. Hazırda karantin rejimi olsa da, bir könülü olaraq fəaliyyətimi onlayn davam etdirirəm. Dərslərimlə paralel olaraq könüllülük fəaliyyətimdən də qalmıram. Bir də onu qeyd edim ki, həqiqətən Prezidentin dediyi kimi “Biz birlikdə güclüyük!”.

- Tələbələri daim maraqlandıran məsələlərdən biri də Tələbə Həmkarlar İttifaqı Komitələrinin (THİK) fəaliyyəti olub. Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti necə, səni qane edirmi?

- Əlbəttə qane edir. Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyətini yaxından izlədiyim üçün və onların gördüyü işlər barədə məlumatlı olduğum gündən necə möhkəm, həmrəy, həmfikir gənclərdən ibarət komandanın formalaşdığının şahidi olmuşam. Bura sanki bir ailədir. Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi daim tələbələrin problemləri ilə maraqlanır, onlara diqqət və qayğısını əsirgəmir. Mən də öz növbəmdə belə bir mühitdə təhsilimi davam etdirdiyim üçün şanslıyam.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info