“Beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir”
Tarix: 05.05.2020 | Saat: 20:08:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Palitra-ya bildiriblər ki, qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.
Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb.
Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.
Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank heyətləri ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar. Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.

Cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyəti yoxlanıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini də yoxlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.
Hərbi hissələrin birinin ərazisində inşa olunan trenajor binasına gələn general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov ekipajların tank və piyada döyüş maşınlarının təlim-məşq qurğularında atış və sürücülük məşqlərini izləyiblər. Müdafiə nazirinin əmri ilə döyüş texnikası təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılıb və tapşırıq uğurla icra olunub.

“Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir”
Yeri gəlmişkən, son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan – Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlama müzakirə edilir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının seçilmiş nümayəndəsi Tural Gəncəliyev açıqlama verib.
O, qeyd edib ki, bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir: “Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub. Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.
Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq.
Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.
Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq, sülh şəraitində yaşayacağıq".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info