ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir
Tarix: 06.05.2020 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Xaric İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatla əlaqədar sualı cavablandırarkən deyib.

L.Abdullayeva bildirib:


"ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M.Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik bir jest xarakteri daşıyır. Senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur.
Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız əslində Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir.
Ümumiyyətlə isə vurğulamaq istərdim ki, hər hansı bir qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir; ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir".




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info