Premyerası gözlənilən yeni səhnə əsərləri
Tarix: 06.05.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər



Koronavirus pandemiyası teatrların yaradıcılıq planlarına da əsaslı təsir edib. Bir çox teatrlarda pandemiyadan öncə hazırlığı başlanan tamaşaların təhvil verilməsi, yeni səhnə əsərlərinin premyerası öz gününü gözləməkdədir. Elə teatrların rəhbərliyinin son günlər öz kollektivləri ilə keçirdikləri videokonfransların da əsas müzakirə mövzularından biri budur.

AZƏRTAC xəbər verir ki, hələ martın əvvəlində premyera xəbəri yayan Akademik Milli Dram Teatrı xüsusi karantin günləri başa çatan kimi “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərini tamamlayıb təqdimatını keçirməyi planlaşdırır. İtalyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan tamaşa teatrın bu il ilk premyerası olmalıdır. Xatırladaq ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Akademik Musiqili Teatrın 10 mart – Milli Teatr gününə təyin olunan “Beş manatlıq gəlin”inin (S.Rüstəmov, M.S.Ordubadi) ilk nümayişi də pandemiyanın bitməsini gözləyir. Bundan başqa, məşq prosesləri aparılmış “Cəmilə”, “İstintaq” və “Mən, nənəm, İliko və İllarion” tamaşaları da təhvil verilməlidir. “Dədəm Qorquddan bir nişanə” adlı balet tamaşası da bu ilin yaradıcılıq planında idi.

Hələliksə, yaradıcılıq imkanlarını xüsusi karantin rejimi ilə uzlaşdıran Akademik Musiqili Teatrın rus bölməsinin aktyorları rus yazıçısı Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan tamaşanın onlayn məşqlərinə cəlb olunublar. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovanın iştirakı ilə keçən virtual görüşdə tamaşanın yaradıcı heyəti ilə ətraflı müzakirə aparılıb.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbərliyi də kollektivin ev şəraitində fəaliyyətinin tənzimlənməsi və digər məsələlərin müzakirələrinə həsr edilmiş videokonfrans keçirib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, karantin şəraitində insanların asudə vaxtının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” layihəsi çərçivəsində sosial şəbəkə üzərindən tamaşalar təqdim olunur. Teatrın planında olan səhnə əsərlərinin məşqləri “Zoom” proqramı vasitəsilə davam etdirilir.

Videoməşq prosesinə qoşulan Dövlət Gənc Tamaşaçılar Teatrının da iki səhnə əsəri üzərində virtual iş gedir. Eyni zamanda, sosial şəbəkələr üzərindən tamaşa təqdimatları davam edir. Son olaraq L.Nurenin “Mən gəldim, qızlar” (quruluşçu rejissor - Bəhram Osmanov) və Elçinin “Buzovna kəndinin əhvalatları” (quruluşçu rejissor - Cənnət Səlimova) teatrsevərlərə təqdim edilib.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi də bu günlərdə videokonfrans vasitəsilə mövcud vəziyyəti müzakirə edib.

Teatrın direktoru Rəşad Əhmədzadə imkanları səfərbər etməklə tamaşaçılarını darıxmağa qoymadıqlarını bildirib. Teatrın “Youtube” kanalında 11 tamaşanın və teatrın festivallardakı çıxışları ilə bağlı videomateriallar yerləşdirilib, sosial şəbəkələr vasitəsilə maraqlı paylaşımlar edilir. Karantin günlərində “Mədəniyyət” kanalında 4 tamaşa nümayiş olunub. Direktor, həmçinin “Balaca qara balıq” (S.Behrəngi) tamaşasının hazır olduğunu və premyera gününü gözlədiyini deyib.

Salyan, Qax və Gəncə Dövlət Kukla teatrları da onlayn repertuar və əyləncəli videomateriallarla tamaşaçılarına xidmət edirlər. Salyanlı kuklaçılar prosesə gec qoşulsalar da, artıq “Facebook” hesablarında üç tamaşa və bir neçə maarifləndirici çarx yerləşdiriblər.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info