On altı ildə otuz üç dəfə cərrahiyyə masasında olan Freyd
Tarix: 06.05.2020 | Saat: 14:24:00 | E-mail | Çapa göndər



Psixoanaliz təliminin yaradıcısı olan Ziqmund Freyd 1856-ci il mayın 6-da Avstriya imperatorluğunun Freyburq şəhərində dünyaya gəlib. O, 4-5 yaşında ailəsi ilə birlikdə Vyanaya köçüb və həyatının demək olar ki, çox böyük hissəsini bu şəhərdə yaşayıb. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənib.


AZƏRTAC bu gün doğum günü olan nevrologiya, psixiatriya, psixologiya, parapsixologiya və psixoterapiyanı inkişafında çox böyük uğurlara imza atan məşhur alimin uzun illər amansız xəstəliklə apardığı mübarizənin bəzi məqamlarını xatırlayır.

Dünya şöhrətli Ziqmund Freyd sözün əsl mənasında iradə və səbrin nəyə qadir olduğunun bariz nümunəsini göstərib. 1923-cü ilin aprelində böyük alimin şəxsi həkimi Feliks Denta müayinə zamanı onun ağız boşluğunun sağ yarısında damaq ilə çənənin birləşdiyi yerdə yara aşkara çıxarıb və onun çənə xərçəngi olduğu qənaətinə gəlib. Aparılan əlavə müayinələr diaqnozu təsdiqləyib. Təcili əməliyyat təyin olunub. Ilk əməliyyatı onun şəxsi həkimi həyata keçirsə də, uğursuz alınıb. Az sonra şişin böyüməsi aşkarlanıb.

Altı ay sonra ikinci əməliyyat keçirilib. Həmin dövrün məşhur həkimi Rixler bir həftə fasilə ilə əməliyyatı iki mərhələdə aparıb. İlkin mərhələdə alt çənə tamamilə, damağın isə böyük bir hissəsi (ağız və burun boşluğunu ayıran bölgə) çıxarılıb. Həmin müddətdə o, burnundan qida borusunadək salınan xüsusi zond vasitəsilə qidalanıb. Yaralar sağalandan sonra növbəti mərhələdə Freydin qida qəbulu və danışa bilməsi üçün kəsilib götürülmüş əməliyyat sahəsinə süni protez yerləşdirilib. Ardıcıl aparılan əməliyyatlar fəsadsız ötüşsə də, ikinci əməliyyatdan sonra sağ qulağının eşitməsini itirib.

Elmi işlər, araşdırmalar və tədqiqatlarla yanaşı dava-dərman, stasionar, ambulator müayinə və müalicələrə də vaxt ayırıb. Xəstəliyi üzündən oxunan böyük alim bir gün qızı Annanı yanına çağırıb: “Nə qədər mən sağam, ölüm qorxusunun qəlbimə girməyinə əsla izn verməyəcəyəm,”- deyib.

Freyd getdikcə ağırlaşan xəstəlik nəticəsində başlayan dəhşətli ağrılara dözərək ağrıkəsici kimi istifadə olunan narkotiklərdən imtina edib və ömrünün son 16 ilində 30-dan çox əməliyyat keçirib. 1933-də hakimiyyətə gələn Hitlerin ona olan mənfi münasibətindən daha çətin və ağır vəziyyətə düşüb. 1936-cı ildə 80 yaşı tamam olanda dünyanın hər bir yerindən ona ünvanlanan təbrik teleqramları və çiçək bağlamalarını alanda hələ gestapo öz çirkin əməllərindən əl çəkməmişdi. 1938-də Hitler Avstriyanı ilhaq edəndən sonra Freyd qatarla Fransaya, oradan da İngiltərəyə köçüb.

1938-ci ilin axırlarında əməliyyat sahəsində yeni bir yara açılıb. Çox götür-qoydan sonra daha bir əməliyyat aparılması qərara alınıb. Bu, onun həyatında sayca 33-cü əməliyyat olub...

1939-cu ildə 83 yaşlı Ziqmund Freyd 16 il amansız xəstəliklə mübarizə aparandan sonra son məktubunu yazıb və əməliyyatdan qabaq ona baş çəkən həkiminə verərək deyib: “Sonun yaxınlaşdığını duyuram. Bu məktubu son yolçuluğumda məni yalqız buraxmayan qızım Annaya verərsiniz. Amma rica edirəm, tələsməyin, vaxtı çatanda...”.

Təəssüf ki, həmin əməliyyat uğursuzluğa düçar olub, çünki xəstəlik qarşısıalınmaz dərəcədə inkişaf edərək bütün daxili orqanlara yayılmışdı. Əməliyyatdan sonra ağır və dözülməz ağrılarla yaşayan Freyd yuxusunu və nitqini itirsə də, həkimi və qızı Anna bir an olsun onun yanından çəkilməyiblər. Nəhayət, bir gün həkimi onun verdiyi kağız parçasını ünvanına çatdırıb. Məktubda böyük alim əbədi yuxuya getməyi üçün ona morfin vurulmasını xahiş edirdi.
O günədək narkotik almayan Freyd az miqdarda morfindən rahatlandı və çoxdan bəri həsrət qaldığı yuxuya daldı. Bu, onun son yuxusu idi və Freyd 1939-cu il iyunun 23-də çəkdiyi ağrıları geridə qoyaraq əbədiyyətə üz tutdu.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info