Rusiyadakı diaspor təşkilatlarının fəaliyyəti videokonfransda müzakirə olunub
Tarix: 07.05.2020 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə videokonfransları davam erdirir. Növbəti videokonfransda Rusiyadakı Azərbaycan dispor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib. Virtual konfransda Rusiyanın Azərbaycan İcmasının sədri Fazil Qurbanov, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin sədri Mehriban Sadıqova, "Cənub Universiteti"nin (İdarəetmə, biznes və hüquq İnstitutu) rektoru İmran Əkbərov, "Smolnı Universiteti" Elmi-Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Vəkillər Gildiyasının üzvü Azər Məmmədov, Rusiya Elmlər Akademiyasının kənd təsərrüfatı elmləri bölməsinin müxbir üzvü Zahid Qocayev, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mətbuat katibi Vaqif Adıgözəlov iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyadakı soydaşlarımızın COVID-19 pandemiyası ilə əlaqədar karantin müddətində yaşayışı və ehtiyacları ilə maraqlanıb, onların suallarını cavablandırıb.
Komitə sədri bütün dünyada çətin və mürəkkəb proseslərin yaşandığı vaxtda dünya azərbaycanlılarının, o cümlədən də Rusiyada yaşayan soydaşlarımızın həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb və diaspor təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan diasporunun karantin müddətində və postpandemiya dövründə fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Videokonfransda iştirak edənlər Dövlət Komitəsinin soydaşlarımızın müraciətlərinə çevik reaksiyasını təqdir ediblər.
Diaspor təşkilatlarının rəhbərləri bu çətin dönəmdə xaricdə yaşayan həmvətənlərimizə göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info