Elşad Mirbəşiroğlu: “Azərbaycan koronavirusla beynəlxalq mübarizə platformaları təşkil edir”
Tarix: 07.05.2020 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Millət vəkili: “Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq səviyyədə yaxından dəstəklənən yanaşması ondan ibarətdir ki, qlobal əməkdaşlıq və həmrəylik sayəsində istənilən böhranlı vəziyyəti idarə etmək və qlobal təhlükələri aradan qaldırmaq mümkündür”

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

“Ölkəmiz bu təşəbbüslə çıxış etməklə və belə bir toplantını təşkil etməklə özünün beynəlxalq nüfuzunu daha da artırmış oldu”

Bu Zirvə görüşü millət vəkilləri, ziyalılarımız, ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Palitra”ya açıqlaması mövzu ilə bağlı fikirlərini bildirdi: “Nəzərə almaq lazımdır ki, koronavirus İkinci dünya müharibəsindən sonra bəşəriyyətə ən ciddi çağırış kimi xarakterinə olunur. Dünya dövlətlərinin gözlənilməz təhdid qarşısında tam effektiv davranma imkanlarının məhdud olduğu üzə çıxdı. Hətta, ən inkişaf etmiş dövlətlər belə antiböhran idarəçiliyi mexanizmlərini uğurla tətbiq edə bilmədilər. Bu da həmin ölkələrdə ciddi maddi və insani itkilərin qarşısını vaxtında almağa imkan vermədi. Təbii ki, bütün dünya dövlətləri koronavirusun mənfi təsirlərinə məruz qaldı və postpandemiya dövründə onun fəsadlarının aradan qaldırılması üçün səylərin davam etdirilməsi lazım gələcək. Lakin, vəziyyətin nəzarətdə saxlanılması itkilərin miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verdiyini Azərbaycan təcrübəsində müşahidə etdik. Hətta, “koronavirusla mübarizədə Azərbaycan modeli” ifadəsi də leksikona daxil oldu. ÜST hələ martın əvvəllərində özünün ekspert qrupu vasitəsilə Azərbaycandakı vəziyyəti qiymətləndirdi və virusla effektiv mübarizənin təşkili üçün öz tövsiyələrini verdi. Azərbaycanda virusla mübarizənin səmərəliliyini təmin edən amillər həm daxildə vaxtında çevik tədbirlərin görülməsindən, həm də ÜST-lə yaxından əməkdaşlıq edilməsindən ibarət oldu. Bir çox ölkələr məsələnin ciddiliyini hələ tam dərk etmədiyi vaxtda Azərbaycan ÜST-dən 17 ən müasir test laboratoriyasını alan ilk ölkələrdən oldu”. Millət vəkilinin sözlərinə görə, eyni zamanda ölkədə koronavirusla mübarizə istiqamətində tədbirlərin həyata keçirilməsi ÜST-lə birgə yaxından kordinasiya olunurdu, təşkilatın tövsiyələri dəqiqliklə nəzərə alınırdı: “Mübarizə tədbirlərinin birbaşa hədəf xarakterli olması və biri-birilərini tamamlaması da ümumi vəziyyətin nəzarət altında saxlanılmasını təmin etdi. Azərbaycanın virusla mübarizə strategiyasını digər ölkələrin təcrübəsindən fərqləndirən bir sıra mühüm cəhətlər diqqəti cəlb edir. Hər şeydən öncə, ölkədə mübarizənin ideoloji əsasda, əhalini inandırma və maarifləndirmə prinsiplərinə söykənilərək aparılması daha effektiv nəticələrin əldə olunmasını təmin etdi. Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” devizi cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsinə ciddi təsir etdi və dövlətin mübarizə tədbirlərinə ictimai dəstək əhəmiyyətli dərəcədə gücləndi. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza çağırışları, həmrəyliyin virusla mübarizədə uğurun əsas şərti olduğunu davamlı şəkildə əsaslandırması cəmiyyətdə birliyi daha da möhkəmləndirdi. Karantin rejiminin tətbiqi və bu onun sərtləşdirilməsində tədricilik gözlənildi ki, bu cəmiyyətdə panik durumun, sosio-psixoloji gərginliyin yaranmasının qarşısını aldı”.
Millət vəkilinin fikrincə, təbii ki, Azərbaycanın məsələyə belə yanaşma tərzi uğuru təmin etməklə yanaşı, beynəlxalq diqqəti də cəlb etdi: “Xatırlatmaq istərdim ki, ÜST rəhbəri bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığını ifadə etdi. Azərbaycan koronavirusla mübarizəni həm də beynəlxalq müstəviyə qaldıra bildi. Belə ki, ilk dəfə olaraq, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr videokonfrans vasitəsilə fövqəladə Zirvəsi keçirildi. Müvafiq istiqamətdə türkdilli dövlətlərin səylərinin səfərbər olunması və ümumiyyətlə, böhran şəraitində həmrəyliyin gücləndirilməsi baxımından bu təşəbbüsün olduqca böyük əhəmiyyəti var idi. Bunun ardınca, yenə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü baş tutdu. Mayın 4-də keçirilmiş və bütün regional qrupların təmsil olunduğu Zirvədə “COVID-19-a qarşı birlikdəyik” devizi altında koronavirusla mübarizə tədbirlərinin beynəlxalq koordinasiyasının təmin edilməsi imkanlarının yaradılması əsas hədəf kimi müəyyənləşib. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərakatına sədrlik edir. Təşkilata üzv olduğu qısa zaman kəsiyində(2011-ci il) çox ciddi nüfuz qazandı və artıq 2016-cı ildə növbəti Zirvənin Bakıda keçirilməsi ideyası üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Ölkəmiz təşkilat çərçivəsində öz təşəbbüskarlığı və fəallığı ilə daim fərqlənib. Bu baxımdan, Azərbaycanın təşəbbüsləri də həmişə həssaslıqla qarşılanır. Azərbaycan Prezidentinin koronavirusla mübarizə mövzusuna həsr olunmuş Təmas Qrupu formatında Zirvənin keçirilməsi təşəbbüsünün dəstəklənməsi də buna növbəti nümunədir. Ölkəmiz bu təşəbbüslə çıxış etməklə və belə bir toplantını təşkil etməklə özünün beynəlxalq nüfuzunu daha artırmış oldu. Koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini təmin edən belə beynəlxalq platforma müvafiq olaraq üzv dövlətlər arasında kommunikasiyanı da gücləndirir ki, bu da Azərbaycanın təşkilata verdiyi növbəti ciddi töhfədir. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq səviyyədə yaxından dəstəklənən yanaşması ondan ibarətdir ki, qlobal əməkdaşlıq və həmrəylik sayəsində istənilən böhranlı vəziyyəti idarə etmək və qlobal təhlükələri aradan qaldırmaq mümkündür”.

“Bizim bundan sonra da dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalara ciddi əməl etməyimiz bu mübarizədə sərf etdiyimiz həm mənəvi, həm də maddi resursların hədər getməsinin qarşısını alacaq”

“Vətəndaşlara müraciət etməyi də özümə borc bilirəm”- deyən millət vəkili bildirdi ki, qeyd etdiyimiz kimi, ölkəmizdə koronavirusa qarşı genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilməkdədir: “Koronavirusun bütün dünyada olduğu kimi, Azərbaycanda mənfi təsirləri müşahidə olunmaqdadır. Lakin ölkə Prezidenti tərəfindən görülən kompleks tədbirlər, vətəndaşların həmrəyliyi sayəsində vəziyyət nəzarət altına alındı. Bizim bundan sonra da dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalara ciddi əməl etməyimiz bu mübarizədə sərf etdiyimiz həm mənəvi, həm də maddi resursların hədər getməsinin qarşısını alacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info