“Paşinyan hökumətin fəaliyyətinin tam fiaskosunu ifadə edib”
Tarix: 07.05.2020 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Ermənistanda iqtisadi fəaliyyətə qoyulan qadağa şəraitində 2 mindən çox yeni iş yeri necə yaranıb? Baş nazir buna fakt göstərə bilərmi?”

Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşiynan ölkəsində yaranmış vəziyyətə görə hökumətin böhran üzərində nəzarəti saxlamağı bacardığını, eyni zamanda, sosial tənəzzülün olmaması barədə inamla danışa biləcəyini bəyan edib.
Baş nazir, daha sonra, bu ilin fevral ayında ölkədə mövcud olan 618 min iş yerinin aprel ayında artaraq 620 905 minə çatdığını, 119 milyard 700 dram əmək haqqı fondunun isə həmin ərəfədə artaraq 123 milyard 883 milyon drama çatdığını bildirib. Həmişə olduğu kimi, bu dəfə də Paşinyanın verdiyi açıqlamaya cavab çox gecikməyib. Baş nazirin açıqlamasına ilk reaksiya verən “Qolos Armenii” saytı yazır: "Əlbəttə ki, bu rəqəmlər həqiqi vəziyyətdən o qədər uzaqdır ki, onları ciddiyə almaq belə çətindir”. Sayt sual edir: “Doğrudanmı, baş nazir Ermənistan hökumətinin çətin koronavirus şəraitində belə uğurlu nəticələrə nail oduğuna inanır? Belə görünür ki, nəinki inanır, hətta xalqı da inandırmağa çalışır. Məhz belə bir şəraitdə yeni bir sual doğur: əksər ölkələrdə olduğu kimi, Ermənistanda da başqa sahələrlə yanaşı, iqtisadi fəaliyyətə də qoyulan qadağa şəraitində 2 mindən çox yeni iş yeri necə yaranıb? Baş nazir buna fakta göstərə bilərmi? Belə görünür ki, Paşinyan və ona bu statistik məlumatları verən ofisi ilə bütövlükdə hökumətin fəaliyyətinin tam fiaskosunu ifadə edib. Sayt yazır ki, qeyd olunan rəqəmlərə inanmaq həqiqi mənzərəyə olan açıq-aşkar uyğunsuzluqlar əsasında deyil, ölkədəki statistikanı nəzərə almaqla da çətindir. Bu gün Ermənistanda insanların kütləvi şəkildə məcburi şəkildə məzuniyyətə göndərildiyi bir məqamda ölkədə yeni iş yerlərinin açıldığı barədə danışmaq, sadəcə, cəfəngiyyatdır”. Yeri gəlmişkən, ötən gün ermənilərin “Tert.am” saytına danışan “ArmNews” televiziya şirkətinin informasiya departamentinin direktoru Abram Qasparyan Ermənistandakı iş adamlarının ölkəni tərk etdikləri barədə məlumat verib.

“Xaricdə yaşayan erməni iş adamları Ermənistanda biznes qurmaqdan qorxurlar. Onlar, hər şeydən əvvəl, özlərini təhlükəsiz hiss etmədiklərini bildirməklə yanaşı, risklərin də yüksək olduğunu söyləyirlər”

Onun sözlərinə görə, vaxtilə Ermənistandakı iqtisadi inqilabın adına uyub bu ölkəyə gələn iş adamları "iqtisadi inqilabın” mifdən başqa bir şey olmadığını, qanunların kağız üzərində qaldığını görərək Ermənistanı tərk edirlər: “…Bir sözlə, xaricdə yaşayan erməni iş adamları Ermənistanda biznes qurmaqdan qorxurlar. Onlar, hər şeydən əvvəl, özlərini təhlükəsiz hiss etmədiklərini bildirməklə yanaşı, risklərin də yüksək olduğunu söyləyirlər. Bununla yanaşı, onlar Bank sirri haqqında qanundakı boşluqların olduğunu, strateji sirləri olan məlumatların sıza biləcəyi və ya kiminsə əlinə düşə biləcəyini də gizlətmirlər". Qasparyana görə məhz bu sadalananlar üzündən iş adamları Ermənistan iqtisadiyyatında dərin boşluqlar yaradırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info