2015-ci ildə “Günəşli“ yatağındakı faciədə itkin düşən iki neftçinin meyiti tapılıb
Tarix: 08.05.2020 | Saat: 11:33:00 | E-mail | Çapa göndər


2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki nəfərin meyiti dənizdən tapılıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə açıqlamasında bildirib ki, Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan meyiti aşkarlanıb.
Onun sözlərinə görə, tapılan meyitlər 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur:
"Meyitlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, meyitlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilib. Hazırda ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün Günəşli faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik".




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənə dolu yağıb - Faktiki hava - VİDEO
30.05.2020
Bərdədə polisin bıçaqlanması faktı ilə bağlı 3 maddə üzrə cinayət işi başlanıb
30.05.2020
Bakıda fleşmobun təşkilatçısına cinayət işi açıldı
30.05.2020
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb
30.05.2020
Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən və xəsarət alan var

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info