“Vikipedia”da Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu haqqında özbək dilində bölmə yaradılıb
Tarix: 08.05.2020 | Saat: 17:07:00 | E-mail | Çapa göndər



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərindəki Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Özbək dilində bölmə istifadəyə verilib.
Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu xalqın, habelə dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.
Azərbaycanın qədim məkanı olan Şuşada çoxsaylı tarixi abidələr yerləşir ki, bu abidələr əsasında 1988-ci ildə şəhərdə Azərbaycan dövləti tərəfindən Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır.
Yaradılan Şuşa şəhərindəki Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Özbək dilində bölmədə XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin mühüm özəlliyi, ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşması, Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərinin salınması, onun xanlığın ictimai-siyasi, habelə mədəni həyatındakı rolu haqqında məlumat verilir.
İlk öncələr Pənahabad, sonralar isə Şuşa adlandırılan Qarabağın baş qalası olan tarixi şəhərimizin orta əsr Azərbaycan şəhərsalma ənənəsinə uyğun olaraq dörd qapısının olduğu qeyd olunur.
Məlumatda yazılır ki, Qarabağ xanı Pənahəli xanın qədim yaşayış məskəninin yerində saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən bir çox abidələr inşa olunmuşdur. Həmin abidələrin çoxu Məsçidlərdən ibarətdir:
Daha sonra bölmədə Özbək oxucularına şəhərdə olan islam və digər divlərə aid olan abidələr haqqında məlumat verilir. Şəhərin tarixi abidələr ansamblının zənginləşdirən və bir hissəsini təşkil edən XIX əsrdə memar Kərbalayi Səfi xan Qarabaği tərəfindən tikilmiş Yuxarı və Aşağı Gövhər məscidləri, Saatlı, Malıbəyli, Qaybalı, Şırlan məscidləri haqqında məlumat verilir, şəhərdəki Alban və Rus kilsələri, 4 karvansara, Qulam Şahın, Əsəd bəyin və Mamay bəyin malikanələri haqqında məlumatlar oxuculara təqdim edilir.
Özbək dilində “Shusha davlat tarixiy-meʼmoriy qoʻriqxonasi” adlı bölmədə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu abidələrlə yanaşı görkəmli şəxslərin mülkləri, bağlar, qəsrlər, muzeylər, körpülər, büstlər, heykəllər və digər mədəniyyət abidələri erməni işğalçılarının əsarətinə keçmişdir.
Bölmədə Şuşa şəhərində yerləşən bütün abidələrin siyahısı, onların ayrı-ayrılıqda yaradılma tarixi, yerləşdikləri ünvan öz əksini tapıb.
Azərbaycan dövlətinin böyük səyi nəticəsində bu tarixi abidə 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi nəticəsində 2019-cu ildə Şuşa şəhəri, habelə tanınmış Şuşalılar haqqında da Özbək dilində bölmə istifadəyə verilib (https://uz.wikipedia.org/wiki/Shusha_tumani).
Mərkəz AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info