Qida istehsalçısından örnək addım
Tarix: 08.05.2020 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


"T-finans Ltd” MMC şirkəti 10 may - ümummilli lider Heydər Əliyevin doğum günündə açılışına hazırlaşdığı yeni müəssisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə mətbuat konfransı keçirib.
Xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla keçirilən tədbirdə icraçı direktor İlahə İlyasova rəhbəri olduğu şirkətin fəaliyyəti haqda məlumat verib. Bildirib ki, 2013-cü ildə fəaliyyətə başlamış "T-finans Ltd” MMC illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğuldur:
"Bir neçə ay əvvəl pandemiya təhlükəsinin ciddliyini nəzərə alan ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladığı "Evdə qal" çağırışına biz də öz töhfəmizi verməyə çalışdıq. Əlbəttə ki, ölkə başçımızın xalqa ünvanladığı bu çağırış pandemiya təhlükəsinin qarşısını qısa zamanda almaq məqsədilə bərabər, həm də sosial yardımlaşmaya, birliyə, bərabərliyə dəvət idi. Gördüyümüz kimi, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdən tutmuş, ölkəmizdə fəaliyyət göstərən ən xırda müəssələrə, adi vətəndaşlara qədər hamı səfərbər oldu. Bəli, o şirkətlərin sırasında "T-finans Ltd” MMC-nin imzası da var. Biz qısa müddət ərzində əlliyə yaxın işçi vakansiyası elan edərək tikiş fabriki açdıq. Fabrik ən keyfiyyətli texnoloji avadanlıqlarla (tikiş maşınları) təchiz edillib. Peşəkar dərzilər cəlb eləmişik", - deyə icraçı direktor əlavə edib. İ.İlyasova qeyd edib ki, hazırda fabrikdə istehsal olunan gigiyenik yataq dəstləri körpələr evinə, qocalar evinə və klinikalara pulsuz paylanacaq. "Məqsədimiz və hədəfimiz təkcə paytaxtımızda deyil, eləcə də bölgələrimizdə fabrikimizin yeni istehsal mərkəzlərini açmaq və çoxlu sayda vətəndaşımızı işlə təmin etməkdir", - deyə müəssisə rəhbəri vurğulayıb.
Tədbirdə "T- finans LDT MMC"nin mətbuat katibi Səbuhi Bayramov, fabrik məhsullarının tanıtımını edən aktrisa Xuraman Əlizadə, şirkətin təsisçi rəhbəri Minayə Həmidova MMC-nin gələcək planları, görüləcək işlərlə bağlı tədbir iştirakçılarına məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info