Bakı Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini anır və veteranların qayğısına qalır
Tarix: 09.05.2020 | Saat: 10:43:00 | E-mail | Çapa göndər


Bakı Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini anır və veteranların qayğısına qalır.
Bunu Trend-ə rusiyalı ekspert Aleksandr Tixanski deyib.
O qeyd edib ki, Qaregin Njdenin simasında nasizmin qəhrəmanlaşdırılması cəhdlərini davam etdirməklə yanaşı, həm də müharibə veteranlarına ödəmələri verməmək üçün hər şeyi edən Ermənistandan fərqli olaraq, Azərbaycan tarixə və dəyərlərə münasibətini dəyişmək fikrində deyil:
“Yerevandan fərqli olaraq, Bakı qəhrəmanların xatirəsini anır və veteranların qayğısına qalır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına, həlak olanların dul xanımlarına, orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım barədə sərəncamı təsdiq edir. Ermənistana gəldikdə isə, bu ölkədə hökumətdə kimlərin olduğunu nəzərə alsaq, müharibə veteranlarına başqa münasibət gözləməyə dəyməz”.

Ekspert xatırladıb ki, Azərbaycan Sovet Sosialist Respublikası Böyük Vətən Mühraibəsinə Sovet İttifaqı ilə birgə 1941-ci il iyunun 22-də daxil olub:
“Böyük Vətən Müharibəsində 250 min azərbaycanlı döyüşçü həlak olub. 400 mindən çox azərbaycanlı müxtəlif orden və medallarla təltif edilib, 123 nəfəri Sovet İttifaqı qəhrəmanı olub. Azərbaycan ərazisində 87 batalyon, 1 123 özünümüdafiə dəstəsi yaradılıb, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar formalaşdırılıb və onlar döyüşərək Baltik ölkələrinə, Şərqi Avropaya, Berlinə çatıblar. Müharibə illərində Azərbaycan cəbhədə neft və neft məhsullarının əsas tədarükçüsü olub. Çarşal Georgi Jukov yazırdı ki, Bakı neftçiləri cəbhəyə vətənin müdafiəsi və düşmən üzərində qələbə üçün tələb olunan qədər yanacaq verirdilər”.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU
02.06.2020
Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info