Holifildlə Tayson yenidən rinqdə üz-üzə gələ bilər
Tarix: 09.05.2020 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


İdman həvəskarları peşəkar boksun iki əfsanəsi - Evander Holifild və Mayk Taysonu yenidən rinqdə görə bilərlər. 57 yaşlı Holifild artıq döyüşə hazırlığa başlayıb. Mayk Taysona isə yenidən rinqə qayıtması üçün yüksək qonorar təklif edilib.
Ən ağır çəkidə dördqat dünya çempionu Evander Holifild yenidən rinqə qayıtmağı qərara alıb. 57 yaşlı əfsanəvi boksçu xeyriyyə məqsədilə yoldaşlıq xaraketrli bir neçə döyüşə çıxacaq. Bu barədə Holifildin özü məlumat verib. Qeyd edək ki,onun Mayk Taysonla görüşləri indiyədək boks tarixinin unudulmaz məqamları kimi xatırlanır. Bunlar Holifildə xüsusilə böyük şöhrət gətirib. 1996-cı ildə titul uğrunda onların ilk qarşılaşmasında Tayson favorit sayılsa da, qələbəni Holifild qazanmışdı. 1 il sonra keçirilən revanş döyüşündə isə boks aləmində görünməmiş bir hadisə uzun müddət dünya mediasının müzakirə mövzusuna çevrildi. Belə ki, Tayson rəqibinin qulağını dişlədiyi üçün məğlub elan edilməklə yanaşı həm də diskvalifikasiya olunaraq rinqdən uzaqlaşdırıldı. Amma indi təşkilatçılar Mayk Taysonun yenidən rinqə qayıtmasını istəyirlər. Hətta “Beyr Nakl Faytinq Cempionşip” qurumunun rəhbəri Devid Feldman döyüşə razılıq verməsi üçün Taysona 20 milyon dollar qonorar təklif etdiklərini açıqlayıb. Sonuncu dəfə 15 il əvvəl rinqə çıxan Dəmir Mayk özü bu təklifə hələlik münasibət bildirməsə də, yayılan məlumatlarda deyilir ki, görkəmli boksçu xeyriyyə məqsədi daşıyan tədbirlərdə iştirak etmək istəyir. Holifild - Tayson əfsanəsinin yeni seriyası, sözsüz ki, qeyri-adi tamaşa arzusunda olan azarkeşlər üçün ən böyük hədiyyə olardı.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info