Yardımlıda yeraltı su mənbələri axtarılacaq
Tarix: 10.10.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


2010-2013-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Lerik rayonu ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədilə kompleks tədqiqatlar həyata keçirilib.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, tədbirlər nəticəsində rayonun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqələrində dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılıb. Qazılmış bu axtarış-kəşfiyyat quyularından müsbət nəticələr alınmış, geofiziki və hidrogeoloji tədqiqatlar aparıldıqdan sonra su nümunələri Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzinin laboratoriyasında tam kimyəvi analiz olunub və suların keyfiyyətinin beynəlxalq standartların (içməli su) tələblərinə cavab verdiyi müəyyənləşdirilib. Bu yaşayış məntəqələrində qazılaraq istismara hazırlanmış su quyuları təmənnasız olaraq yerli əhalinin istifadəsi üçün təhvil verilib. Hazırda həmin kəndlərin əhalisi etibarlı keyfiyyətə malik ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir. 2014-cü ildə bu istiqamətdə tədqiqatlar Yardımlı rayonu ərazisində davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
25.04.2019
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25.04.2019
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Anlaşma Memorandumu imzaladı
25.04.2019
Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib
25.04.2019
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info