“Bu çətin günlərdə də dövlətimiz dəyərli veteranlarımızı unutmadı”
Tarix: 09.05.2020 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Jalə Əhmədova: “İl ərzində onların sosial-məişət problemlərini diqqətdə saxlayan hökumət bu bayram hər bir veterana 1500 manat dəyərində mükafat təqdim edib. Bu da ölkədə tarixi qələbəyə və qəhramanlarımıza göstərilən hörmətin daha bir bariz nümunəsidir”

“Tarixə nəzər yetirdikdə aydın görürük ki, Azərbaycan faşizm üzərində ümumi qələbəyə sanballı töhfə verib. Bunun bir çox sübütları da var”. Bunu “Palitra”ya verdiyi açıqlamada Milli Məclisin deputatı Jalə Əhmədova bildirib. Onun sözlərinə görə, Azərbaycan həm də faşist Almaniyası üçün də çox mühüm ölkə sayıldığı üçün Bakı uğrunda xüsusi savaş planı olub: “Bakı Sovet ordusu üçün yanacağın ən böyük təchizatçısı rolunu oynamaqla yanaşı, yüksək sənayeyə malik olan Azərbaycan qələbə üçün müxtəlif silah növlərini gecə-gündüz çalışaraq fasiləsiz istehsal edib. Məhz buna görə də Hitlerin Azərbaycanı işğal etmək planı baş tutsa idi, müharibənin yekunu bugünkü nəticədən fərqli olardı. Bütün bu məqamları və digər xidmətləri görən və dərk edən Sovet höküməti tərəfindən 123 azərbaycanlını fəxri adlara layiq görməsi- onların Sovet İttifaqı Qəhrəmanı adı almaları da əlamətdar bir hadisə tariximizin şanlı bir səhifəsidir”. Millət vəkili bu gün ölkəmizdə Böyük Vətən Müharibəsi veteranlarına göstərilən qayğı və diqqətin də yüksək səviyyədə olduğunu söylədi: “Bildiyiniz kimi, hazırda davam edən koronavirus pandemiyası səbəbindən bayram tədbirləri ləğv edildi və bu gözəl günü hər kəs öz evində qeyd etməli oldu. Buna baxmayaraq, hər il olduğu kimi, bu çətin günlərdə də dövlətimiz öz cəsarəti ilə hər birimizə qürur hissi yaşadan dəyərli veteranlarımızı unutmadı və onlara xüsusi qayğı göstərməkdədir. İl ərzində onların sosial-məişət problemlərini diqqətdə saxlayan hökumət bu bayram hər bir veterana 1500 manat dəyərində mükafat təqdim edib. Bu da ölkədə tarixi qələbəyə və qəhramanlarımıza göstərilən hörmətin daha bir bariz nümunəsidir. Sonda, fürsətdən istifadə edib sizin mətbuat orqanı vasitənizlə şəxsən bütün qəhrəman veteranlarımıza öz minnətdarlığımı bildirir, onların qarşısında baş əyirəm və bütün həyatını itirmiş qəhramanlarımıza isə Allahdan rəhmət diləyirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info