“The National Interest”: “Putin Bakıda Prezident İlham Əliyevə böyük hörmət nümayiş etdirdi”
Tarix: 11.10.2013 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Bu münasibəti Azərbaycanın regionda və dünyada artan nüfuzu, möhkəmlənən mövqeyinə hörmət əlaməti kimi dəyərləndirmək olar”

Bu günlərdə Birləşmiş Ştatların “The National Interest” nəşrində Cənubi Qafqaz regionuna həsr edilən məqalə dərc edilib. Həmin məqalədə Azərbaycan və Ermənistanın müqayisəli təhlili aparılıb. Yazının müəllifi olan Aleksandros Petersen müqayisəli təhlil əsasında Azərbaycanın işğalçı Ermənistandan qat-qat inkişaf etdiyini vurğulayıb.
“Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının da müəllifi, məşhur beynəlxalq ekspert Aleksandros Petersenin məqaləsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə bağlı məqamlar da yer alıb.
Həmin məqalənin yayımlandığı tarix Azərbaycan Seçki Məcəlləsinə görə seçki təbliğatının qadağan olunduğu 8 oktyabr tarixinə təsadüf edirdi. Ona görə də həmin məqaləni qəzetimizdə dərc edərkən seçki təbliğatı kimi dəyərləndirilməsin deyə, Azərbaycan dövlət başçısı ilə bağlı bəzi məqamları ixtisar etdik. Seçki başa çatdığından həmin məqalədə ixtisar etdiyimiz həmin məqamları dərc etməyi lazım bildik. Çünki Aleksandros Petersenin ekspert kimi regiondakı vəziyyəti obyektiv şəkildə qiymətləndirərək təqdim etdiyi analitik məqaləsində Azərbaycan dövlət başçısının liderlik keyfiyyətlərini, regionda və dünyada tanınmış siyasətçi olduğunu qeyd edib. Eyni zamanda müəllif qeyd edib ki, məhz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edir, regionun lider dövlətinə çevrilib. Müəllif məqaləsində bildirir ki, regionun lideri olan müstəqil Azərbaycanla, Rusiyanın “forpost”u olan, ağır iqtisadi durumda olan Ermənistana Qərb, əsasən də ABŞ eyni münasibət göstərməməlidir. Müəllif yazır: “Sovet idarəçiliyinin dağılmasından sonra formalaşan iki Cənubi Qafqaz dövləti geridə qalan 20 il müddətində özlərinə fərqli yollar seçiblər. Onların həm seçdiyi yol, həm də Moskva ilə formalaşdırdıqları münasibətlər kəskin şəkildə fərqlənir. Ermənistan Rusiya ilə çox sıx münasibətlər formalaşdırıb. Azərbaycan isə daha geniş anlamda Birləşmiş Ştatların və Qərbin etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji cəhətdən bu qədər vacibliyi mübahisəsiz olduğu halda ABŞ-ın bu ölkəni Ermənistanla eyni tutmasını anlamaq olmur. Müsəlman Azərbaycanın əsgərləri Birləşmiş Ştatların rəhbərliyi altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Azərbaycan Əfqanıstana və Əfqanıstandan yük daşınmasında böyük əhəmiyyət kəsb edən Şimal bölüşdürücü şəbəkənin ən mühüm dövlətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayan dövlətlərdən biridir. Bu dövlət böyük Buşun vaxtından həm respublikaçılar, həm də demokratlar üçün çox vacib rol oynayır. Azərbaycanın dövlət enerji şirkətləri İtaliyaya, oradan da Mərkəzi Avropaya uzanacaq böyük boru kəməri şəbəkəsinin inşası ilə məşğuldur». Müəllif yazır ki, Qərblə sıx əlaqələr quran Azərbaycandan fərqli olaraq Ermənistan Rusiya və İranla sıx əlaqələr yaradıb: «Bir müddət əvvəl baş vermiş iki mühüm hadisə mövcud kontrastın strateji əhəmiyyətini ortaya qoyur: bunlardan biri avqustun ortalarında Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycana etdiyi səfər, digəri sentyabrın əvvəlində Ermənistanın neosovet Gömrük Birliyinə üzv olacağını açıqlamasıdır. Amerika siyasətçiləri buradakı fərqi nəinki anlamalı, eləcə də regional reallıqlara uyğun siyasət həyata keçirməlidirlər. Belə situasiyada Azərbaycan və Ermənistana eyni münasibətin göstərilməsi öz başını quma basdırmağa bənzəyir. Putin keçmiş sovet ölkələrinə səfəri zamanı çox az hallarda qaydalardan kənara çıxır. O, adətən həmin respublikalarda kameralar, mikrofonlar qarşısında özünü protokol qaydalarına uyğun aparır, mikrofonlar söndürüləndən sonra isə səsinin tonunu dəyişir. Amma Bakıya etdiyi son səfərində Putin Prezident İlham Əliyevə həm ictimai, həm də fərdi şəkildə diqqətçəkici, böyük hörmət nümayiş etdirdi. Bu münasibəti Azərbaycanın regionda və dünyada artan nüfuzu, möhkəmlənən mövqeyinə hörmət əlaməti kimi dəyərləndirmək olar».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info