Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın mühüm rolu VİDEO
Tarix: 10.05.2020 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində bundan
da bəhs olunub



Verilişdə Prezident İlham Əliyevin TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb

Rusiyanın Rossiya-24 televiziya kanalında mayın 10-da efirə gedən “Formula Vlasti” verilişinin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunan buraxılışında bu müharibədə Qələbənin qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs edilib, dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Formula Vlasti” verilişinin Qələbə gününə həsr olunan buraxılışında müharibənin tarixindən, partizan hərəkatından danışılır. Verilişdə bir sıra dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, BMT-nin Baş katibi Antonio Quterreşin müsahibələri və çıxışlarından da hissələr verilib.

Verilişdə Böyük Vətən müharibəsində dünya ölkələrinin və xalqlarının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəsindən bəhs olunur, onların Qələbə naminə xidmətləri vurğulanır. Bu baxımdan böyük Qələbənin əldə olunmasında Azərbaycanın da rolu xüsusi qeyd edilir.

Verilişdə dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə də yayımlanıb.

Diktor qeyd edib ki, Azərbaycandan 120-dən çox Sovet İttifaqı Qəhrəmanı var. Müharibə illərində Azərbaycan zavodları fasiləsiz olaraq hərbi texnika, o cümlədən məşhur “Katyuşa”ları istehsal edirdi. Azərbaycan Sovet Ordusunu neftlə 70 faiz, yanacaqla 80 faiz, sürtkü yağları ilə 90 faiz təchiz edirdi.

Prezident İlham Əliyev deyib: Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info