Ermənistanın faşizmi təbliğ etməsi bütün dünya üçün böyük təhlükədir
Tarix: 11.05.2020 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Faşizmin təbliği və təşviqi, ona xidmət etmiş canilərin əbədiləşdirilməsi Ermənistanda dövlət siyasətinə çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu il dünyada faşizim kimi böyük bir bəlanın üzərində qələbənin 75 illiyi qeyd edildi:
“Bildiyiniz kimi, 75 il bundan əvvəl 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib. Bu mübarizədə milyonlarla insan həyatını, sağlamlığını itirib, dövlətlər böyük zərər görüb. Lakin təəssüflər olsun ki, Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır.

Faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi, heykəl qoyulması, adlarına küçələrin, meydanların verilməsi Ermənistan rejiminin faşist xislətini açıq şəkildə ortaya qoyur. Ən təhlükəli isə odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.

Bu onu göstərir ki, Azərbaycan torpaqlarını işğal etmiş və xalqımıza qarşı insanlığa sığmayan qırğınlar törətmiş Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə mənbəyidir”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın faşizm xislətinin ifşa edilməsi istiqamətində hər zaman öz prinsipial mövqeyini ifadə edib:

“Artıq beynəlxalq aləm də Ermənistanın faşizm siyasəti ifşa olunub. BMT Baş Assambleyası tərəfindən dəfələrlə illik əsasda “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnamələr qəbul edilib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi tədbirlər görməlidir, əks halda Ermənistan dünya üçün böyük təhlükəyə çevriləcək”.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info