Qətərin nüfuzlu qəzetində Ulu Öndərə həsr olunmuş geniş məqalə dərc edilib
Tarix: 11.05.2020 | Saat: 14:10:00 | E-mail | Çapa göndər



Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.


Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan xalqının mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider olduğu diqqətə çatdırılıb.
Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Onun 1923-cü ilin 10 may tarixində Azərbaycanın Naxçıvan şəhərində doğulduğu bildirilərək, 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunduğu, 1982-ci ildə isə Sovet İttifaqının rəhbər vəzifələrindən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildiyi nəzərə çatdırılıb.

Həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydəri Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırlanıb, Ulu Öndərin iki dəfə ölkə Prezidenti seçildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən də ətraflı danışılıb.
Yazıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və aktiv fəaliyyəti sayəsində ölkənin Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info