“Çoxşahəli uğurlu islahatlar sayəsində xoşagəlməz hallar minimuma endiriləcək”
Tarix: 11.05.2020 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Millət vəkili Jalə Əhmədova: “Korrupsiyaya qarşı mübarizə çox sərt və intensiv şəkildə davam etdirilməkdədir”

“Hüquqi, institusional və kadr islahatları başda olmaqla bütün sahələrdə ölkə ərazisində ən ali səviyyədə islahatlar uğurla davam etdirilməkdədir. 2018-ci ildə başlanılmış bu islahatlar bütün 2019-cu ili əhatə edərək bu çətin günlərdə də davam etdirilməkdədir. 2020-ci ili ölkədə şəffaflıq ili olaraq da adlandırmaq olar. Buna səbəb olaraq isə aparılan islahatlarla paralel olaraq bütün dövlət strukturlarının online rejimdə çalışmasını və məmurların, deputatların vətəndaşlar, öz seçiciləri qarşısında online hesabatlarını göstərmək olar”. Bu barədə Milli Məclisin deputatı Jalə Əhmədova verdiyi açıqlamada bildirib. O, son günlərdə görülən bəzi ciddi cəza tədbirlərindən də söz açıb:
“Digər islahatlara gəldikdə isə son zamanlar gündəmdə olan bir neçə əməliyyatlara nəzər yetirmək lazımdır. Dövlət başçısının qanunsuzluğa və vicdansızlığa qarşı olan çoxsaylı bəyanatları islahatların nə qədər ciddi olduğunu bir daha nümayiş etdirir. Cari ilin 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat bir vətəndaş olaraq məni çox üzdü. Zəngin mədəniyyətimizi dünyada və ölkə daxilində təmsil edən bir qurumda çalışan məmurlar necə öz xalqına xəyanət edə bilərdilər?
Təəssüf ki, xoşagəlməz hallar bununla da yekunlaşmır. Bu çətin günlərdə əlindən gəldiyi qədər öz vətəndaşlarına yardım edən hökümətin yardımlarını mənimsəyən, bu yardımlara həqiqətən də ehtiyacı olan şəxslərə deyil də, öz tanışlarına, yaxınlarına paylayan məmurlar haqlı olaraq tutulmuş və ən ciddi cəzaya layiqdirlər. Bunlarla yanaşı korrupsiyaya qarşı mübarizə çox sərt və intensiv şəkildə davam etdirilməkdədir. Yeni təyin olunmuş, öz sahəsinin peşakarı olan Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevi videogörüş formatında qəbul edən cənab Prezidentin qeyd etdiyi kimi, korrupsiyaya qarşı prinsipial mövqe qorunub saxlanılmaqdadır və tətbiq edilən məsuliyyət tədbirləri təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcək, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək. Son olaraq əminlikdə qeyd edə bilərəm ki, çoxşahəli uğurlu islahatlar sayəsində xoşagəlməz hallar minimum dərəcəyə endiriləcək və vətəndaş məmnunluğu tam şəkildə təmin ediləcəkdir. Uğurlu islahatların keçirilməsi üçün güclü siyasi iradə lazımdır, bu isə ölkə başçımız başda olmaqla mövcud hökümətdə çox yüksək dərəcə də vardır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info