“Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi” layihə sənədinin işlənilməsinə başlanılıb
Tarix: 11.10.2013 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən “28 May” neft-qaz çıxarma idarəsinin “Günəşli” yatağında inşası nəzərdə tutulmuş 7 nömrəli dərin dəniz özülünün “Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi” layihə sənədinin işlənilməsinə başlanılıb.
Neft-qaz yataqlarında aparılan işlərin Xəzər dənizi ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi və “Günəşli” yatağında layihə-smeta sənədinə uyğun tikiləcək 7 nömrəli dərin dəniz özülündə inşa işlərindən əvvəl adıçəkilən layihə sənədinin işlənilməsi məqsədi ilə ekologiya idarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları tərəfindən özül tikiləcək akvatoriyada ətraf mühitin ilkin vəziyyətini qiymətləndirmək üçün ekoloji tədqiqat işləri aparılıb.
Monitorinq zamanı seçilmiş stansiyalardan dəniz suyunda fitoplankton və zooplankton nümunələri, dəniz dibindən dib çöküntüləri, bentos nümunələri götürülmüş, dəniz suyunun fiziki-kimyəvi parametrləri yerində instrumental “Professional Plus” cihazlı vasitəsilə qiymətləndirilib.
Kompleks analitik təhlillərin aparılması üçün hər bir stansiyadan götürülmüş su, dib, bentos, plankton nümunələri idarənin kompleks tədqiqatlar laboratoriyasına göndərilib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info