İstiqlal Muzeyində sərgi keçiriləck
Tarix: 11.10.2013 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


2013-cü il oktyabrın 17-də saat 17:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 18 Oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” adlı tədbir-sərgi təşkil olunacaq. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi” haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bununla da Azərbaycanın tarixində yeni başlanğıc qoyuldu. Azərbaycan İstiqlal Muzeyində təşkil olunacaq sərgidə müstəqil Azərbaycanın inkişafını əks etdirən 50-dən çox qobelen, rəsm və heykəltaraşlıq əsərləri nümayiş olunacaq. Bu əsərlərin müəllifləri gənc rəssamlar: Aysel Əmirova, Fəridə Süleymanova, Mehriban Şaxtaxtinskaya, Tofiqə Zeynalova, Taleh Mirkazımov, Adilə Qurbanova, Kəmalə Musayeva, Elçin Nəsirov və başqalarıdır. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Rəssamlar İttifaqının tənqid və təbliğ şöbəsinin müdiri, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Nizami rayonunun rəssamlar dərnəyinin rəhbəri, gənc rəssam Aysel Əmirova və başqaları çıxış edəcəklər. Tədbirdə rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbin kursantları və digər qonaqlar iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info