Milli Azərbaycan Tarixi Muzeyində “Sənnə” tipli xovsuz tarixi kilim saxlanılır
Tarix: 12.05.2020 | Saat: 00:14:00 | E-mail | Çapa göndər



Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) etnoqrafiya fondunda “Sənnə” tipli xovsuz xalça növü olan XIX əsr Urmiya kilimi (200x300 santimetr) saxlanılır.

MATM-dan AZƏRTAC-a bildirilib ki, 1974-cü ildə muzeyə daxil olan yun və pambıq qarışıqlı kilimin üzərində stilizə olunmuş nəbati naxışlar həkk olunub. Kənarında üç zolaqda həndəsi naxışlı yelən haşiyə, ara sahədə isə bir-birindən kiçik üç rombvari medalyon toxunubdur. İki tərəfi saçaqlıdır.

Qeyd olunub ki, zərurət səbəbi ilə kilim muzeyin bərpaçı rəssamı Qənirə Məmmədova tərəfindən bərpa edilib. Öz rənglərinə uyğun rəngli iplərlə bərpa olunan kilim yenidən fonda təhvil verilib.

Bərpa prosesində - kilimin toxunuşunda istifadə olunmuş tünd qəhvəyi rəngli iplərin qoz ağacının meyvəsi ilə boyandığı aşkar olunub. Zaman keçdikcə bu boyanın “özü özünü yeməsi” və eyni zamanda kilimin ara sahəsinin daha çox ayaq altda sürtülməsi, kilimdəki həmin hissələrin sökülüb tökülməsinə səbəb olub. Ən çox bərpaya ehtiyacı olan hissələrin bərpasında oxşar rəngli təbii iplərdən istifadə edilib. Bu zaman kilimin sağ küncündə, haşiyədən yerliyə doğru 7x10 santimetr ölçüdə cırılmış hissəyə əriş çəkilib, arğacına lazım olan iplərlə eyni naxışlar salınıb. Sökülmənin qarşısını almaq məqsədilə kilimin hər iki baş hissələri sumax toxunuşu ilə bərkidilib.

Kilim XIX əsr Azərbaycan və İran etnoqrafiyasını tədqiq etmək baxımından əhəmiyyətlidir.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info