Şimal vaqon deposunda tikinti işləri davam etdirilir
Tarix: 12.05.2020 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


Şimal vaqon deposunda tikinti işləri davam etdirilir. Depoda vaqonyığma, avtoqoşqu və avtotormoz hissələrinin təmiri, təkər cütü və digər sexlər fəaliyyət göstərir.
Vaqonun hərəkət intensivliyindən asılı olaraq təkər cütlərinin diyirlənmə səthi yeyilir və 7-10 ildən bir onların yenidən tərtib olunmasına təlabat yaranır. Yeni inşa edilən vaqon təkər emalatxanası bu tələbatın ödənilməsinə xidmət edəcək. Burada “Azərbaycan Dəmir Yolları” QSC-nin inventar və özəl park vaqonlarının təkər cütləri tərtib olunacaq. Emalatxananın inşasında Bakı vaqon təmiri zavodundan demontaj olunmuş qurğu və avadanlıqlardan istifadə edilib. Eni 28, uzunluğu 44 metr, ümumi sahəsi 1250 m2 təşkil edir. Hər ay burada 500 vaqon təkər cütü tərtib etmək mümkün olacaq. Emalatxanada təkər cütlərinin demontajı, yuyulması və digər işlər də yerinə yetirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov depoya baxış keçirib, tikinti işlərinin gedişatı ilə tanış olub.
Qeyd edək ki, Biləcəri stansiyasında çən vaqonlarının təmiri üçün xüsusiləşdirilmiş vaqon deposu 1934-cü ildə istifadəyə verilib. Ötən əsrin əvvəllərində Bakı ətrafında neft mədənlərindən hasilatın artması ilə əlaqədar depoda daşınma və yük vaqonlarının təmiri təşkil edilirdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info