“Azərbaycan dövləti koronavirusla mübarizədə vətəndaşların sağlamlığını diqqətdə saxlayır“
Tarix: 12.05.2020 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Orxan Əliyev: "Azərbaycan koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təqdirəlayiq, çevik addımlar atıb"


Azərbaycanın qlobal dəyərlərə üstünlük verməsi, dünyəvi dövlət olması koronavirus pandemiyasına qarşı mübarizədə bir daha özünü təsdiqlədi. Dövlətimiz bu virusla mübarizədə ölkə daxilindəki prosesləri nəzarətdə saxlamaqla yanaşı, beynəlxalq müstəvidə də öz sözünü dedi. Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında Prezident İlham Əliyev bu haqda danışaraq Azərbaycanın dünyanı birləşdirdiyini vurğulayıb: "Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik. Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik". Diqqət çəkən məqam odur ki, bir çox ölkələr koronavirusla mübarizədə Azərbaycanın təcrübəsini tətbiq edirlər. Buna misal olaraq Qazaxıstanda karantin rejimində tətbiq olunan onlayn icazə sistemini qeyd etmək olar.

“Bizim üçün böyük qürurdur ki, Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb. Qazaxıstanda artıq yeni sistem işə düşüb. Biz özümüz də hazırda bu xidmətdən istifadə edirik”

Ölkəmizdə atılan bu addımlar Qazaxıstandakı soydaşlarımızın da sevincinə səbəb olub. Bu mövzuda Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev “Palitra”ya öz fikirlərini bölüşüb. O qeyd etdi ki, Azərbaycandan baş verənləri diqqətlə izləyirlər: "Bizim üçün böyük qürurdur ki, Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb. Bildiyim qədəri ilə “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib. Qazaxıstanda artıq yeni sistem işə düşüb. Biz özümüz də hazırda bu xidmətdən istifadə edirik. Bu sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edir. Xatırladım ki, bu barədə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi (Astana Civil Service Hub) veb-səhifəsində və Qazaxıstanın yerli xəbər portallarında geniş məlumat dərc olundu". Orxan Əliyev bildirdi ki, Azərbaycan pandemiyaya qarşı dünyada aktiv rol oynayır: "Azərbaycan koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təqdirəlayiq çevik addımlar atıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Hər zamanki kimi Azərbaycan dövləti bu məsələdə də başlıca olaraq vətəndaşların sağlamlığını diqqətdə saxlayır. Bu çətin dövrdə dövlət əhaliyə müxtəlif sosial yardım və güzəştlər edir. Ayrıca ictimaiyyət nümayəndələri də yardım kampaniyaları keçirirlər. Bu da bizim xalqın xarakterik xüsusiyyətidir. Yardımlaşma, xeyriyyəçilik Azərbaycan xalqının müsbət keyfiyyətinin bariz nümunəsidir". Nəzərə çatdıraq ki, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı tərəfindən də karantin günlərindən yerli xalqa yardım edilib. Orxan Əliyev dedi ki, yardım üçün bütün ərzaqları şəxsi vəsaitləri hesabına alıblar: "Biz uzun müddətdir ki, Qazaxıstanda yaşayırıq və cəmiyyətə tam inteqrasiya etmişik. Bunun üçün də diaspor üzvləri olaraq bu ağır günlərdə ehtiyacı olan insanlara bacardığımız ərzaq yardımları etdik. Eyni zamanda 9 May-Qələbə Günü münasibətilə qazaxıstanlı veteranlarla görüşdük. Onların bayramlarını təbrik etdik. Eyni zamanda veteranlara hədiyyələr təqdim etdik. Fürsətdən istifadə edib Azərbaycan xalqını da 9 May-Qələbə Günü münasibətilə təbrik edirəm".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info