Heydər Əliyev Fondunun növbəti xeyriyyə aksiyası
Tarix: 12.05.2020 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr göndərilib


Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib.

Trend xəbər verir ki, aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasiyentlər və onların ailə üzvləri ilə görüşüb.

Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz və orada müalicə alan pasiyentlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki, fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan, Pakistan Prezidentinin və birinci xanımının da ziyarət etdiyi mərkəzin, eyni zamanda, xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb.

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun talassemiya xəstələri üçün ölkəmizdə və xaricdə ciddi işlər gördüyünü, Talassemiya Mərkəzinə təqdim ediləcək tibbi ləvazimatların, ərzaq paketlərinin və hədiyyələrin də məhz fondun dəstəyi ilə təmin edildiyini bildirib.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını bildirən səfir Fondun sosial və humanitar layihələrinin Pakistanın bütün əyalətlərində davamlı həyata keçirildiyini qeyd edib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisəsinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı, hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmadığını, onlar üçün iftar yeməkləri verdiyini, hədiyyələr təqdim etdiyini vurğulayıb. Ötən il Pakistan Prezidentinin və birinci xanımının da Prezident Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə kimsəsiz və qüsurlu uşaqlar üçün verilmiş iftar yeməyinə qoşulduqlarına görə Talassemiya Mərkəzinin pasiyentlərinə təşəkkür edən səfir pandemiya ilə əlaqədar iftar yeməklərinin verilməsinin bu il təəssüf ki, mümkün olmadığını, lakin Fondun digər xeyriyyə aksiyalarının davam edəcəyini bildirib. Ə.Əlizadə Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələrin Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət etdiyini bildirib. Sonda Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi maskalar, eləcə də Talassemiya Mərkəzinin pasiyentləri üçün hazırlanmış ərzaq paketləri və uşaq oyuncaqları təqdim edilib.

Mərkəzin baş administratoru Aftab Hüseyn Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrin davamlı xarakter aldığını vurğulayıb, Talassemiya Mərkəzinə təqdim edilən qan kisələri, tibbi maskalar, həmçinin ərzaq paketləri və hədiyyələrə görə Fonda və onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info