“Pandemiya dövründə 1 milyon 660 min işçinin iş yeri və əməkhaqqı gəliri qorunub”
Tarix: 13.05.2020 | Saat: 09:57:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya video müsahibə verib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsahibə zamanı nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması istiqamətində aparılan işləri qeyd edib. O, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğun, sosial rifahın dəstəklənməsinin, iqtisadiyyatın stimullaşdırılmasının görülən tədbirlərin əsas istiqamətləri olduğunu vurğulayıb. Pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərdən bəhs edən S.Babayev bu sahəyə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrıldığını diqqətə çatdırıb. Nazir 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdiyini, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunduğunu deyib. O, eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığının təmin edildiyini bildirib.
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı barədə də məlumat verən nazir ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması işlərinin aparıldığını qeyd edib. S.Babayev bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə kiçik müəssisələrinin qurulması, 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işləri diqqətə çatdırıb.
Müsahibə BƏT-in COVID-19 portalının xüsusi bölməsində yerləşdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
“Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtdir”
19.10.2020
“Kürd və yezidilərdən ibarət qruplar erməni tərəfdən vuruşur”
19.10.2020
Türk polkovnikdən Azərbaycana təklif...
19.10.2020
İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir
19.10.2020
Sarkisyan “Kommersant”a açıqlamasında hər şeyə hazır olduqlarını bildirib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
2 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
3 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
4 Бакинские армяне призывают Ереван прекратить оккупацию
5 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info