Universitetdə yeni fənn tədris olunur
Tarix: 11.10.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində müxtəlif ixtisaslar üzrə tədris olunan mövzuların muxtar respublikada fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində, elmi-tədqiqat mərkəzlərində keçirilməsi ənənə şəklini alıb. Azərbaycanın ayrılmaz parçası olan, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Naxçıvanın tarixinin, etnoqrafiyasının və etimologiyasının öyrənilməsi və təbliği, tələbələrin elmi-nəzəri biliklərinin əyani şəkildə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən belə dərslərdən biri də Naxçıvanşünaslıq Mərkəzində keçirildi. Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Tarix müəllimliyi ixtisasının II kurs tələbələrinə “Naxçıvanşünaslıq” seçmə fənni üzrə “Naxçıvnşünaslıq Mərkəzinin yaradılması və mədəni irsimizə dövlət qayğısı” mövzusunda mühazirə oxudu. Tarixçi alim Azərbaycan xalqının ümummilli lideri Heyər Əliyevin tariximizin araşdırılması və təbliği, milli mənəvi dəyərlərimizin yaşadılması, mədəni irsimizin qorunması və bərpasındakı əvəzsiz xidmətlərindən bəhs etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu ilə Naxçıvanşünaslığın əsasının qoyulduğunu xatırladan Vəli Baxşəliyev muxtar respublikada bu sahə ilə bağlı qəbul edilən sərəncamlardan, keçirilən beynəlxalq elmi konfrans və simpoziumlardan, arxeoloji ekspedisiyalardan, elmi tədqiqatlardan bəhs etdi. Qeyd olundu ki, muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə aşkar edilib, 1200-dən çox tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb, çoxsaylı monoqrafiya və dərsliklər, məlumat nəşrləri çap olunub. Fevral ayında Ali Məclisin Sədrinin təşəbbüsü və iştirakı ilə istifadəyə verilən Naxçıvanşünaslıq Mərkəzininin müxtəlif çap məhsullarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılmasında, bu qədim diyarın tarixinin, tarixi abidələrinin, dövlətçilik ənənələrinin, folklorunun təbliğində mühüm rolu var. Tələbələrdən Mahnur Həsənovanın “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanın tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı sərəncamları”, Türkan İmanlının “Azərbaycan folklorunda dünya modeli və mifoloji obrazlar”, Mədinə Rəhimlinin “Naxçıvanın qədim abidələri”, Zeynəb Məmmədovanın “Orta əsr abidələri” Xaqan Ağəlisoyun “Gəmiqaya təsvirləri”, Zümrüd Ağayevanın “Gəmiqaya rəsmlərinin topoqrafiyası və öyrənilmə tarixi” mövzusunda hazırladıqları slayd və informasiyalar maraqla qarşılandı. Dərsin sonunda tələbələr mərkəzin fəaliyyəti ilə yaxından tanış oldular.

Меhriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info