“Nə? Harada? Nə zaman?“ oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə start verir
Tarix: 13.05.2020 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə start verir.

Trend-in məlumatına görə, layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq.

‘’Quantum’’ platformasında keçiriləcək yarışlar üçün qeydiyyatdan keçərkən göstərilən mail ünvanlarına onlayn platforma haqqında videotəlimat, komanda kapitanı üçün cavabların qeyd edilməsi linki, login və parollar göndəriləcək. Komandalar müzakirələri istənilən audio və videoformatlar üzrə müzakirə edə bilərlər.

Birinci tur üçün müraciətlər 16 may saat 21.00-a qədər mümkündür. Əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.

https://www.facebook.com/groups/Xezer/

https://www.facebook.com/Xemseoyunu/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
30.05.2020
Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
29.05.2020
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı qərargahdan açıqlama
29.05.2020
Maska və sosial məsafəyə dair tələblərin nə vaxtdan tətbiq ediləcəyinə aydınlıq gətirilib
29.05.2020
Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info