Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatıdır
Tarix: 11.10.2013 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə hüquq fakültəsində “Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi” mövzusunda diskussiya keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq qeyd etdi ki, XX əsr Azərbaycan xalqının həyatında əhəmiyyətli və unudulmaz izlər qoyub. Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Rektor vurğuladı ki, Azərbaycan Respublikasında bələdiyyə təhsili ildən-ilə təkmilləşir və genişlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində universitetdə Dövlət və bələdiyyə idarəetməsi ixtisası açılıb. Ölkənin digər ali təhsil müəssisələri kimi, Naxçıvan dövlət Universitetində də bütün sahələrdə olduğu kimi, 2004-2005-ci tədris ilindən Sosial İdarəetmə və Hüquq fakültəsinin nəzdində “Bələdiyyə və Turizm” kafedrası yaradılıb, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə kadr hazırlığına başlanılıb. O da qeyd edildi ki, kafedranın 2 əməkdaşı Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvləridir. Bu sahədə hazırlanan kadrlar müvafiq işlərlə təmin olunurlar.
Naxçıvan Bələdiyyəsinin sədri Nuraləm İbrahimov Bələdiyyə haqqında geniş məlumat verərək qeyd etdi ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə səlahiyyətlərinə aid əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Naxçıvan Bələdiyyəsi, Dövlət və bələdiyyə idarəetməsi ixtisasının aparıcı müəssisəsidir. Bələdiyyə sədri bu sahəyə dövlət tərəfindən xüsisi diqqət və qayğı göstərildiyini də nəzərə çatdırdı.
Naxçıvan bələdiyyəsində vergi şöbəsinin müdiri İbrahim Həsənov “Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin rolu”, universitetin Bələdiyyə və turizm kafedrasının müdiri Hafiz Hüseynov “Bələdiyyələrin inkişafına kadr təminatı və bu sahədə görülən işlər”, Naxçıvan bələdiyyəsində baş mütəxəssis Akif Məmmədov “Yerli əhəmiyyətli şikayət və təkliflərin həll edilməsində bələdiyyələrin rolu”, universitetin Bələdiyyə və turizm kafedrasının müəllimi Flora Kərimova “Yerli özünü idarəetmə orqanlarının inkişaf perspektivləri və problemləri” mövzularında məruzələr etdilər.
Sonda “Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi (Naxçıvan Muxtar Respublikası timsalında)” adlı diskussiya başlandı. Tələbələri maraqlandıran suallar cavablandırıldı.

Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info