“İsraildə Azərbaycan günləri” möhtəşəmliyi ilə diqqəti cəlb edib
Tarix: 11.10.2013 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Şairə Bat Çion Abramova: “Yəhudilər Azərbaycanda öz mədəniyyətlərini qoruyub saxlamaqla, həm də Azərbaycan mədəniyyətinin sadiq daşıyıcıları olublar”

İsrailin Netaniya şəhərində “İsraildə Azərbaycan günləri” keçirilir. Bu tədbir Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşəbbüsü və Heydər Əliyev Fondunun, Dağ Yəhudilərinin Beynəlxalq Fondunun dəstəyi ilə reallaşdırılır. Qəzetimizə bu barədə Azİz-dən məlumat verilib. Qeyd edək ki, “İsraildə Azərbaycan günləri” özündə ölkənin müxtəlif yaşayış məntəqələrində - mərkəzi şəhərlərdə və əyalətlərdə keçiriləcək tədbirləri ehtiva edir.
“İsraildə Azərbaycan günləri”nin keçirilməsində əsas məqsəd xalqlarımızın gələcəkdə daha da yaxınlaşmasına töhfə vermək, İsrail vətəndaşlarını möhtəşəm Azərbaycan mədəniyyəti, tarixi və Azərbaycan dövlətinin bu günü ilə tanış etməkdir. “İsraildə Azərbaycan günləri”nin açılışında çıxış edən Azİz-in baş direktoru Lev Spivak bildirib: “Biz xeyli dərəcədə həm də ona çalışırıq ki, bütün İsrailə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdıraq”.
Tədbirin açılış mərasimində çıxış edən Azİz yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman iştirakçılara olduqca informativ və maraqlı məlumatlar çatdırıb. O, İslam Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, bu dövlətdə yəhudilərin rolu barədə iştirakçıları bilgiləndirib: “Azərbaycan Demokratik Respublikası müsəlman dünyasında milli dövlətçilikdə Avropa modelinin bərqərar olduğu ilk dövlət olub. 1918-1920-ci illərdə Azərbaycanda hüquqi dövlətin əsası qoyulub. Orada siyasi plüralizmin və demokratik azadlıqların geniş spektrini əhatə edən ilkin şərait yaradılıb”.
Yeganə Salman Azərbaycanın müasir inkişafından danışaraq bildirib ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür: “İsrail dövləti Azərbaycan rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. Azərbaycanda heç zaman antisemitizm olmayıb və indi də yoxdur. Və biz - Azərbaycandan çıxmış insanlar və Azərbaycan diasporu olaraq həmişə bu tolerantlıq faktoru ilə fəxr edirik. Azərbaycan sivilizasiyalararası dialoqun orijinal nümunəsidir”.
Yeganə Salman qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və onların xalqları üçün çox vacib strateji xarakter kəsb edir: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın vacib strateji partnyoru və neft-qaz, telekommunikasiya, kənd təsərrüfatı sahələrində əsas tədarükçüsüdür”.
Netanya şəhərinin bələdiyyə şurasının deputatı və “Bizim Evimiz - Netanya” hərəkatının başçısı Boris Çiryulnik Azİz-in fəaliyyətini və onun Azərbaycan-İsrail münasibətlərini inkişaf etdirmək, möhkəmləndirmək səylərini yüksək dəyərləndirib. “Bizim Evimiz - Netanya” hərəkatının nümayəndəsi və bələdiyyə şurası deputatlığına namizəd, vəkil Vaqif Əliyev isə “İsraildə Azərbaycan Günləri”nin keçirilməsi təşəbbüsünə görə təşəkkürünü bildirib: “Azərbaycan antisemitizm aktının baş vermədiyi yeganə dünya ölkəsidir. Bu cür tədbirləri requlyar olaraq keçirmək lazımdır. Çünki bu tədbirlər qarşılıqlı əlaqələri daha da möhkəmləndirməyə kömək edir. Bu gün Azİz-ə müyəssər oldu ki, heç olmasa, iki saatlıq iştirakçılar özlərini Azərbaycanda olduqları kimi hiss etsinlər”.
Şairə Bat Çion Abramova qeyd edib ki, azərbaycanlılar həmişə yəhudi qonşuları ilə sülh, əmin-amanlıq və dostluq şəraitində yaşayıblar: “Digər SSRİ respublikalarından fərqli olaraq yəhudilər bu ölkədə öz mədəniyyətlərini, məişət özəlliklərini qoruyub saxlamaq imkanına malik olublar, bununla bərabər həm də Azərbaycan mədəniyyətinin sadiq daşıyıcıları olublar”.
Qeyd edək ki, tədbirin birinci gecəsi İsraildə bayram konserti ilə başa çatıb. Konsertdə təkcə Azərbaycandan çıxan diasporun yox, geniş İsrail ictimaiyyətinin sevimlisi Tomer Əliyev və İsrail estradasının parlaq ulduzu Orli Abramov çıxış edib. Orli Abramovun həm ivritcə, həm də azərbaycanca mahnılar oxuması hər iki xalqın musiqi mədəniyyətinin yaxınlığını bir daha nümayiş etdirib. Daha sonra iştirakçılar Yaskovun rəhbərliyi altında Azərbaycan xalq rəqslərini ifa edən rəqs qrupunu alqış sədaları ilə qarşılayıblar. Sonda konsert Tomer Əliyevin möhtəşəm və ləyaqətli ifasında “Azərbaycan – mənim doğma vətənim” mahnısı ilə yekunlaşıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info