“Star”: “TANAP Türkiyəni bölgənin ən önəmli “enerji oyunçusu”edəcək”
Tarix: 11.10.2013 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Xəzər dənizindəki təbii qazı Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu təbii qaz boru xətti (TANAP) layihəsi, Türkiyəni bölgənin ən önəmli “enerji oyunçusu”edəcək. “Star”ın xəbərinə görə, Türkiyə bu layihədən ildə 4 milyard dollar qazanacaq. Eləcə də təbii qazın alış qiymətinin aşağı düşməsi ilə bağlı vətəndaşlar ucuz təbii qaz əldə edəcəklər. Xəzər bölgəsi ilə əlaqədar xüsusi araşdırmalar aparan Xəzər Strateji Araşdırmalar İnstitutu bugünlərdə Cənub qaz dəhlizi, TANAP, TAP və bölgə ölkələri arasındakı enerji siyasəti məsələlərinin müzakirə edildiyi mətbuat konfransı təşkil edib.

Türkiyənin asılılığı azalacaq

Tədbirdə çıxış edən Xəzər Strateji Araşdırmalar İnstitutunun Elm və Mütəxəssislər qurumunun rəhbəri Bülənt Aras TANAP-ın reallaşmasıyla Türkiyənin enerjiyə olan asılılığının əhəmiyyətli dərəcədə azalacağı, Xəzər və Orta Şərq təbii qazının Avropaya nəqli və Avropa enerji təhlükəsizliyi məsələsində çox mühüm bir rolu üzərinə götürəcəyini söyləyib.

10 milyard dollarlıq layihə

TAP və TANAP layihələrinin əhəmiyyətinə toxunan B.Aras bildirib ki, hazırda layihələrin maliyyə modelləri üzərində çalışılır: “TANAP-ın 10 milyard dollarlıq bir maliyyəsi müzakirə mövzusudur. Cənub qaz dəhlizinin xərci ümumilikdə 50 milyard dollar ətrafındadır. TANAP layihəsində Türkiyənin ortaqlığı 20 faiz, Azərbaycanınkı isə 80 faiz nisbətindədir. Ən önəmlisi isə Avropaya gedəcək yeni bir enerji xəttinin Türkiyə üzərindən keçməsidir. Bölgədə yeni “enerji aktorlar”ı ortaya çıxır”. Türkiyənin bu gün İrandan aldığı təbii qazın qiymətinin 570 dollar, Rusiyadan aldığı təbii qazın qiymətinin 500 dollar olduğunu ifadə edən mütəxəssis Əfqan Niftiyev isə bildirib ki, bu an Türkiyə Azərbaycandan təbii qazı 380 dollar qiymətinə alır: “Bu rəqəm layihənin həyata keçməsi ilə birlikdə daha aşağı düşəcək. O vaxtkı şəraitə görə bu gün qiymət vermək doğru olmaz, ancaq qiymətin aşağı olacağı qətidir”.

Layihə inşaat sektoruna da təsir göstərəcək


B.Aras Türkiyənin bu layihədən 4 milyard dollar gəlir əldə edəcəyini ifadə edərək deyib: "Bu iş birbaşa inşaat sektoruna da öz təsirini göstərəcək. Türk podratçıların layihədə iştirak etməsi mövcud bir vəziyyətdir. Kredit tapmaları ilə bağlı “Türk Eximbank”dan dəstək alacaqlar. Bu olmasa belə, xaricdən bu layihə üçün kredit təmin edə bilərlər ". Yığıncaqda çıxış edən koordinator Emin Axundzadə bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” zamanı 13 neft şirkəti birlikdə bir müqavilə bağlamışdı: “Bundan dərhal sonra çıxarılan neftin Avropaya daşınması müzakirə mövzusu idi. 1998-ci ildə yaradılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə bu işin təməlləri atıldı. Cənub enerji dəhlizinin birinci mərhələsi bu xətti meydana gətirmək idi və hər cür çətinliklərə baxmayaraq buna nail olundu. O zamanlar texniki-iqtisadi əsaslandırma müzakirələri aparılırdı. Bu, Türkiyənin mövqeyini böyük ölçüdə gücləndirmiş oldu. Çünki Türkiyə neft ilə yanaşı, təbii qaz nəqli mövzusunda da bölgənin enerji mərkəzi olmaq istəyir. Bu nöqtədə BTC boru xətti Türkiyə üçün əhəmiyyətli bir istinad qaynağı olmaqdadır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info