Ukraynada təqribən 500 min işsiz qeydə alınıb
Tarix: 14.05.2020 | Saat: 00:09:00 | E-mail | Çapa göndər



Ukraynada qeydə alınmış işsizlərin sayı artaraq 487 min nəfərə çatıb. Koronavirusa görə karantin dövründə, yəni martın 12-dən işsizlərin sayı 197 min nəfər artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətə sual saatı zamanı bəyan edib.
O bildirib ki, COVID-19 pandemiyasının səbəb olduğu böhran əmək bazarına mənfi təsir göstərib. Ukrayna hökumətinin proqnozlarına görə, işsizliyin 9,4 faizə qədər kəskin artması gözlənilir.
Qeyd edək ki, 2020-ci il mayın 4-nə olan məlumata görə, Ukrayna Dövlət Məşğulluq Xidmətində qeydə alınmış işsizlərin sayı 456,8 min nəfər təşkil edib ki, bu da 2019-cu ilin müvafiq tarixinə olan məlumatdan 148,5 min nəfər və ya 48 faiz çoxdur.
Ölkədə işsizliyin artmasına 2 əsas amil təsir göstərib. Əvvələn, koronavirus pandemiyasına görə əmək bazarında və iqtisadiyyatda böhran yaranıb. İkincisi, karantin başlanandan xarici ölkələrdəki Ukrayna vətəndaşlarının ölkəyə axını başlayıb. Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin iqtisadi fəal əhalisinin təqribən 18 faizi xarici ölkələrdə daimi işlə təmin olunub.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info