Azay Quliyev : “Vuazenin və Kojaranın mövqeyi ATƏT/DTIHB-nin qeyri-obyektivliyinə aydınlıq gətirdi”
Tarix: 11.10.2013 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev prezident seçkiləri ilə bağlı mövqe açıqlayan beynəlxalq təşkilatların rəylərinə münasibətini bildirib. “Facebook”da məsələ ilə bağlı mövqeyini ifadə edən millət vəkili deyib: “Artıq bütün beynəlxalq təşkilatlar oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunları ilə əlaqədar öz rəylərini açıqladılar.
Təqdirəlayiq haldır ki, dünyanın bir çox ölkələrindən gələn qurumlar, xüsusilə AŞPA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan etdilər. Lakin ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu. Bu hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA –nın üzvü cənab Mişel Vuazen oldu. Faktiki olaraq ATƏT/DTIHB və ATƏT PA fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmaması və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamentinin və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan hazırkı sədri cənab Leonid Kojaranın da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTIHB mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi.
Əgər bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək, görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən birmənalı şəkildə rədd edilmiş oldu.
Güman edirəm ki, DTİHB-in təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in sədi və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi onun direktoru cənab Lenarçiçi ciddi şəkildə düşündürəcək.
Ümidvaram ki, ATƏT PA-nın oktyabrın 12-də Monteneqroda keçiriləcək büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında büronun ünvanına deyilən iradlara əsaslandırılmış və məntiqi bir cavab almaq mümkün olacaq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq
25.03.2019
Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info