“Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfə verir”
Tarix: 14.05.2020 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Pəri Qasımova: “Dövlət hazırda pandemiya ilə mübarizədə nə lazımdırsa edir. Bütün resurslar səfərbər edilib, əhalidən sadəcə məsuliyyətlə yanaşmaq tələb olunur”

Ölkədə pandemiya ilə bağlı həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyıb. Bu gün artıq bir faktdır ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə ziyalılar, ictimaiyyət nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Belə ziyalılarımızdan biri, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımova “Palitra”ya müsahibəsində pandemiya ilə bağlı ölkədə reallaşan tədbirlərin çox təqdirəlayiq olduğunu bildirdi:

- Bu gün dünyanın gündəmində olan ən mühüm hadisə kimi koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz oldu və Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir və ölkə başçısına həm ölkə əhalisi, həm də beynəlxalq təşkilatlar tərəfindən ünvanlanmış minlərlə təşəkkür məktubunda bu öz əksini tapır. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ölkə başçısına ikinci məktub ünvanlanıb. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, təqdir edir. Bu günlərdə ünvanladığı məktubunda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb, bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. Bütün bunlar görülmüş işlərə verilən böyük qiymətdir. Bu istiqamətdə reallaşan tədbirlərlə bağlı ölkə başçısı bildirib ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib: “Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq".

“Ölkə başçısının güclü iradəsi və uzaqgörən siyasəti, qətiyyətli addımları, həyata keçirdiyi səmərəli tədbirlər, ölkəmiz və xalqımız üçün fədakarlığı, yorulmaz səyləri, bir ölkə vətəndaşı, gənc müəllim olaraq məni qürurlandırır”

- Pandemiya ilə bağlı görülən tədbirlərdən biri kimi ölkədə tibb sənayesinin inkişafını necə dəyərləndirirsiniz....?

- Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilib. Pandemiya ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılıb, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlayıb, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı. Bu günlərdə Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı oldu. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Bildirilib ki, belə xəstəxanaların sayı 10-a çatacaq.

- Bu sahədə ən vacib addımlardan biri də əhalinin mövcud vəziyyətə məsuliyyətlə yanaşmasıdır. Lakin bəzi hallarda qaydalara əməl etməyən şəxslər müşahidə edilir. Sizin bir ziyalı kimi tövsiyələrinizi bilmək istərdik....

- Dövlət hazırda pandemiya ilə mübarizədə nə lazımdırsa edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır. İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə bütövlükdə 3,5 milyard manat vəsait ayrılıb. Yəni, dövlət bu işləri görür və əhalidən sadəcə məsuliyyətlə yanaşmaq tələb olunur. Prezident bu barədə xalqa müraciətində deyib: “Mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir”.
Yeri gəlmişkən, bu istiqamətdə görülən işlərlə Prezidentə öz təşəkkürümü bildirmək istərdim. Belə bir çətin dövrdə ölkə başçısına öz minnətdarlığımı bildirməyi bir Azərbaycan vətəndaşı, təhsil işçisi olaraq özümə borc bilirəm. Ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanımın yorulmaz və qətiyyətli addımları sayəsində dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizədə ölkəmiz bir çox ölkələrə nümunədir. Dünyanın ən güclü ölkələri belə bu virusun qarşısında acizdir. Prezidentin dediyi kimi, əslində, COVID-19 pandemiyası bir müharibədir. Bu müharibənin bəşəriyyəti çətin vəziyyətə saldığı bir vaxtda ölkə başçısı öz vətəndaşlarınızın yanında olduğunu bir daha göstərdi. Məhz onun qətiyyətli addımları nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları səfərbər edildi və ciddi işlər aparıldı. Bu uzaqgörən və sistemli tədbirlər hazırda da davam etdirilir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsi olaraq hazırda ölkəmiz bu bəladan minimum insan itkisi ilə çıxmaqdadır. Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərilən yardım da təqdirəlayiqdir.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransla koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verib. Bu konfrans bir daha sübut etdi ki, ölkə başçısı ən çətin situasiyalarda belə düşünülmüş addımlar ataraq, doğru qərarlar verərək hər zaman xalqın yanındadır və Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfə verir. Ölkə başçısının güclü iradəsi və uzaqgörən siyasəti, qətiyyətli addımları, həyata keçirdiyi səmərəli tədbirlər, ölkəmiz və xalqımız üçün fədakarlığı, yorulmaz səyləri, bir ölkə vətəndaşı, gənc müəllim olaraq məni qürurlandırır. Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdiyi sonsuz qayğıya görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bütün dünyanı bürümüş koronavirus bəlası tez bir zamanda bitəcək, Dövlət başçısının qayğısı və səyləri nəticəsində ölkəmiz bu böhrandan minimum ziyanla çıxacaq. Biz hər zaman Prezidentin siyasətini dəstəkləyir, onunla qürur duyuruq. Biz də bu sahədə əlimizdən gələni əsirgəməyəcək, bir olacağıq. Ölkə başçısının söylədiyiniz kimi, "Biz birlikdə güclüyük!”. Daima xalqı düşünüb, dəstək olduğuna və qayğımıza qaldığınıza görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info