Əflan İbrahimov El Partiyası yaradır
Tarix: 11.10.2013 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


"El" hərəkatının Əflan İbrahimovun rəhbərlik etdiyi qolu Azərbaycan siyasətinə El Partiyası adı ilə qədəm qoyur. “Palitra”nın məlumatına görə o, bu məqsədlə mətbuat konfransı keçirib.
Ə.İbrahimov hərəkatın digər qolunu idarə edən Eldar Namazovun ünvanına bəzi maraqlı ifadələr səsləndirib, onu ölkədə təxribat törətməkdə təqsirləndirib. Eyni zamanda “milli şura” haqqında islahedici çıxışlar edib.
O deyib: "Biz 30 avqust 2013-cü ildə bəyanat vermişdik ki, prezident seçkilərində fəal iştirak edəcəyik, üzvlərimiz bütün seçki dairələrində və məntəqələrində öz işlərini quracaqlar. Verdiyimiz vədə əməl etdik. El hərəkatı 900 nəfərdən çox insanı birləşdirir, 38 rayonda nümayəndəliklərini yaradıb və 125 Dairə Seçki Komissiyasının 78-ni əhatə edib. Seçkidə 93 nəfər müşahidəçimiz MSK-da qeydiyyatdan keçdi. Dairə Seçki Komissiyalarında 200-ə qədər, məntəqə seçki komissiyalarında isə 500-ə qədər üzvümüz çalışır."
Ə.İbrahimov bildirib ki, seçkilər demokratik və şəffaf şəraitdə keçdi. Mənim proqnozlarım özünü doğrultdu. İlham Əliyev böyük üstünlüklə qələbə qazandı. Son on ildə bütün inkişafı görürük və "İlhamla irəli" deyirik. Əfsuslar olsun ki, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov hakimiyyətdə olduqları dövrdə insanlara “jımıx” yedirdilər. Nağara çalanı, dumbul çalanı gətirib icra hakimiyyətinin başçısı qoyurdular. Ancaq Heydər Əliyev gələndən sonra bütün bunlara son qoyuldu, ölkədə sabitlik yarandı, inkişaf başladı. Buna görə də Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyevi dəstəkləyirik. İlham Əliyev liderliyə layiqdir və biz onunla irəli getməyə hazırıq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info