Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
Tarix: 14.05.2020 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Belə vəziyyətdə referendumun keçirilməsi Nikolun sonunun gəlməsi deməkdir. Ölkədə fövqəladə rejimin uzadılması baş nazirin reytinqini və hakimiyyətin referendumdan uğurlu nəticə əldə etmək şansını azaldır”


Erməni mənbələrinin məlumatına görə, Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb. Bu barədə qərar Ermənistan hökumətinin mayın 14-də keçirilmiş iclasında qəbul edilib.
Qərara əsasən ölkədə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb. İclasda koronavirusa yoluxma hallarının kifayət qədər çox artdığı qeyd olunub, qərarın məhz bu səbəbdən qəbul edildiyi bildirilib. Qeyd edək ki, son 24 saat ərzində Ermənistanda daha 142 nəfər koronavirusa yoluxub. Hazırda bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 3860, bu virusdan ölənlərin sayı isə 49 nəfər təşkil edir. Erməni saytlarının yazdığına görə, əslində, bu qərzr gözlənilən idi. Çünki baş nazir Nikol Paşinyan çox ümidsiz vəziyyətdədir. Belə ki, ölkədə referendum keçiriləcəyi təqdirdə hökumətin Konstitusiyaya dəyişiklik layihəsini dəstəkləmək üçün 650 min səs toplaya bilməyəcəyi göz qabağındadır. Məhz bu amili nəzərə alan Paşinyan hökuməti mayın 14-dən etibarən fövqəladə vəziyyət rejiminin yenidən uzadılması haqqında qərar verib. Əks təqdirdə, Ermənistan prezidenti ölkədəki fövqəladə vəziyyətin ləğvindən sonra 3 gün ərzində yeni referendum üçün tarix təyin etməyə borcludur. Yeri gəlmişkən bildirək ki, Ermənistan Konstitusiyasının 206-cı maddəsinə əsasən, ölkə prezidenti referendum tarixini 3 gündən gec olmayaraq təyin etməlidir. Əks təqdirdə, çox ehtimalla, ölkədə vəziyyət yalnız pisləşəcək və bu da referendumun nəticələrini təhlükə altına alacaq. Belə görünür ki, bütün bunları gözə alan Paşinyan ölkədə fövqəladə vəziyyət rejiminin yenidən uzadılmasına qərar verib. Maraqlıdır ki, erməni ictimaiyyətində artıq Paşinyan hökumətinin ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasını insanların sağlamlığına deyil, daha çox öz hakimiyyətini qorumağa hesablandığı barədə fikirlər formalaşmaqdadır. Qeyd edək ki, erməni baş nazir kütlələri sosial məsafəni qorumaq, tibbi maskalar və əlcəklər geyməyin vacibliyinə inandırmaq üçün İrəvanın Respublika Meydanında xüsusi bir səyahət edib. O da maraqlıdır ki, bu gün Ermənistandakı yaşananlara diqqət çəkən «Qolos Armenii» saytı ölkədəki hazırkı vəziyyəti fors-major vəziyyətinə bənzədib. Məsələ bundadır ki, Paşiyan hökuməti ölkədə keçiriləcək referendumu ləğv edə bilməz və digər tərəfdən də referendumun keçirilməsi Nikolun sonunun gəlməsi deməkdir. Əslində, ətrafı kimi, erməni baş nazir də bunu yaxşı anlayır. Qeyd edək ki, hazırda Nikolun xalqa nə təqdim etməsini təsəvvür etmək çətindir. Çünki artıq Paşinyanın tükəndiyi göz önündədir. Əslində, referendum keçiriləcəyi təqdirdə 650 min nəfərin seçki məntəqəsinə gedib Paşinyana “hə” deməsi elə də inandırıcı görünmür. Bundan əlavə, Paşinyan daha bir şeyi unudur ki, ölkədəki fövqəladə rejimin uzadılması baş nazirin reytinqini və hakimiyyətin referendumdan uğurlu nəticə əldə etmək şansını azaldacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info