“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
Tarix: 14.05.2020 | Saat: 19:21:00 | E-mail | Çapa göndər



Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd aşkarlanıb


Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, 1945-ci il 4 may tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meyilləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Həmin məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc olunub.
Məqalədə daşnaklar uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırılır. Daşnakların yaranma tarixindən bəhs edilən məqalədə onların terrorizmi əsas siyasi alət kimi mənimsədikləri bildirilir.
Erməni daşnaklarının ABŞ-da “Daşnaksütyun” partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdikləri qeyd olunan məqalədə bu səpkidə Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Tourianın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyi diqqətə çatdırır.
Daşnakların nasizmə rəğbət bəslədiklərinin vurğulandığı məqalədə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hairenik” qəzetinin 1936-cı il 17 sentyabr nömrəsinə istinad edərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər” hesab etdikləri qeyd olunur.
Məqalədə daha sonra daşnakların kəskin antisemit olduqları vurğulanır, onların bu mövzuda çoxlu məqalələr dərc etdirdikləri bildirilir və “Hairenik” qəzetinin 1936-cı ilin avqust sayında daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur. Sitatda deyilir: “Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. İnsanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır”. Göründüyü kimi, erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini “zəhərli elementlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırır.
Sənəddə, həmçinin nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqqında məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğunu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığını, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyini və bu ideyaları özü üçün əsas götürdüyünü vurğulayır. Məqalədə, həmçinin Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və “Hairenik Weekly” qəzetinin 1935-ci il 11 yanvar sayında dərc edilmiş müraciəti təqdim olunur.
Qeyd edək ki, ABŞ-da Azərbaycana qarşı məkrli fəaliyyət göstərən əsas erməni lobbi təşkilatı Amerika Erməniləri Milli Komitəsi - daşnak təşkilatıdır.

“Bu gün faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir”
Xatırladaq ki, 9 Mayın ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan özünün babası – Nikol Paşinyanın şəklini paylaşaraq bu sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda ölənlərə əbədi eşq olsun”.
Məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi zamanı faşistlərlə və nasistlərlə əməkdaşlıq edən kollaborasionist olub. Ermənistanın baş nazirinin sosial şəbəkədə öz babasına həsr etdiyi postdan sonra erməni jurnalistlər tərəfindən onun babasının şəxsiyyətini araşdırılması nəticəsində əldə edilmiş məlumatlar ictimaiyyətə təqdim olunub.
Məsələn, “Iravunk.com” saytı bu mövzuya “Düşmənlə əməkdaşlıq edib, həlak olub”: baba Nikol Paşinyan haqqında məlumatlar” adlı məqalə həsr edib. Lakin baş nazirin dərcinin altında Nikol Vartanoviç Paşinyanın nasist ordusunun sıralarında, məhz Qaregin Njdenin rəhbərlik etdiyi legionda vuruşması barədə dərhal şərhlər əmələ gəlməyə başlayıb.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bildirib ki, xalqların öz tarixlərini, tarixi keçmişini təfsir etmək və özlərinin milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kim qarışmır (AZƏRTAC).
Arye Qut burada Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Aşqabad Sammitində dediyi sözləri və Paşinyanın faşist Njdeni sovet dissidenti Soljenitsın ilə müqayisə etmək cəhdini xatırladır. Lakin orada da Ermənistanın “demokrat lideri” müvəffəqiyyətsizliyə uğrayır. Azərbaycan Prezidenti deyib: “Əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Prezident İlham Əliyev Rusiya XİN-in Njdenin nasistlərlə əlaqəsinin və onun sovet hakimiyyət orqanları tərəfindən həbs olunmasını təsdiqləyən hesabatından də sitat gətirib.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim Arye Qut yazır: “Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət etdi. Yəni MDB-yə üzv ölkələrin prezidentləri arasında ilk dəfə olaraq o, Ermənistanın baş nazirinin üzünə onun ölkəsinin artıq illərdir faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğul olmasını dedi”.
O vurğulayıb: “Lakin biz susmamalıyıq - Prezident İlham Əliyevin MDB Sammitində əsl həqiqəti dediyi kimi. Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq. Nasistlərlə əlbir olmuş, faşist və antisemit Qaregin Njdeyə üç il bundan əvvəl Yerevanda abidə ucaldılmasına biz israillilər necə reaksiya verməliyik? Bəşəriyyətə qarşı cinayətdə təqsirləndirilən faşist cinayətkarı ölkə necə özünün qəhrəmanı adlandıra bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi – biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqir deməkdir. Şəxsən mənim üçün, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilən bir insan üçün bu, mənim qəlbimdə dözülməz bir ağrıdır”.
“Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir. Faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması Cənubi Qafqazın bu ölkəsində dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ən dəhşətli və ürəkbulandırıcı odur ki, faşizm ideologiyası “Njdeizm” adı altında Ermənistanda tədris müəssisələrinin proqramına salınıb və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə olunur”, - deyə israilli ekspert qeyd edir.

“Ermənistanın həm sabiq, həm də hazırkı liderləri özlərini erməni faşistləri və antisemit Njde və Dronun əsl və həqiqi varisləri hesab edirlər”
Qutun sözlərinə görə, dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması, burada şovinizmin, millətçiliyin, faşist və antisemitlərin yüksəkliklərə qaldırılmasının istər köhnə Sarkisyan rejimi, istərsə də Paşinyanın qondarma “demokratik rejim”i üçün dövlət siyasətinin ayrılmaz hissəsi olması barədə çox gözəl məlumatlandırılıb. Bunu da qeyd etmək yerinə düşər ki, bu qaniçən faşist və antisemitlərə sitayiş hansısa marginal siyasi qruplaşma qüvvələri tərəfindən icra edilmir. Bu fəaliyyətin və aksiyaların arxasında dövlət dayanır, daha dəqiq desək, müasir Ermənistan Respublikasının hazırkı rəhbəri və siyasi isteblişmenti dayanır.
Faşist və antisemit general Qaregin Njdeyə ucaldılan heykəlin açılış mərasimində Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyanın iştirakı faktı, üstəlik hələ Paşinyanın özünün faşist-kollaborasionist olmuş babasının şəklini Qələbə Günündə üzə çıxarması bir daha sübut edir ki, Ermənistanın həm sabiq, həm də hazırkı liderləri özlərini erməni faşistləri və antisemit Njde və Dronun əsl və həqiqi varisləri hesab edirlər.
İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec açılan bomba adlandırmaq olar. Çünki bu ideologiya ilə böyüyən gənclik gələcəkdə faşizmi və terrorizmi davam etdirəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”
12.05.2020
“Ermənistan-Azərbaycan münaqişəsi MDB daxilindəki inteqrasiya potensialını tam reallaşdırmağa imkan vermir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info