İngiltərədə mövsüm iyunda bərpa olunacaq
Tarix: 14.05.2020 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


İngiltərədə Premyer Liqanın bərpa tarixi hələ də müzakirə mövzüsudur. Çempionşipin əsas çempionatdan tez başlanacağı gözlənilir. Bu haqda Britaniya mediasında xəbərlər yayılıb.
Son xəbərlərdə premyer liqanın iyunun 12-də deyil, 1 həftə sonra bərpa olunacağı bildirilir. Səbəb isə budur ki, futbolçular göstərilən tarixə kimi tam hazır ola bilməyəcəklər.
Komandaların demək olar ki, hamısının məşqçiləri eyni fikir söyləyərək, oyunların bir qədər gec başlanmasını təklif ediblər. Xatırladaq ki, martın 13-də yarımçıq dayandırılan Premyer Liqada hələlik 29 oyundan 82 xal toplayan “Liverpul” turnir cədvəlinin zirvəsindədir. 1 oyun az keçirən “Mançester Siti” liderdən 25 xal geri qalır.
Qeyd edək ki, İngiltərə çempionatının aşağı liqası çempionşipdə mübarizə daha tez bərpa oluna bilər. Bu yarışın iyunun 6-dan davam etdirilməsi gündəmdədir. Hazıda bu liqada çıxış edən komandalar rəsmi şəkildə tibbi təhlükəsizlik protokolunun təsdiqlənməsini gözləyirlər. Çempionşipdə 37 oyundan sonra “Lids Yunayted” 71 xalla liderdir. 1 xal fərqlə geri qalan “Vest Bromviç” də premyer liqaya yüksəlməyə əsas namizədlərdəndir. Ilk 3-lüyü 64 xalla “Fulhem” tamamlayır.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
24.05.2020
“Barselona“ 18 yaşlı hücumçu alır
24.05.2020
Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
24.05.2020
Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO
24.05.2020
“Arsenal”dan birdəfəlik getmişəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info