“Barcelona“dan Neymar açıqlaması
Tarix: 14.05.2020 | Saat: 21:45:00 | E-mail | Çapa göndər



"Barcelona" PSG-nin futbolçusu Neymarı almaq fikrində deyil.
Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidentinin müşaviri Karles Rekraç COPE radiosuna açıqlamasında bildirib.
O deyib ki, mövcud vəziyyəti nəzərə alaraq, 28 yaşlı braziliyalı hücumçunun geri qayıtması mümkün deyil: "Neymar klubumuzun onun üçün hansı rolu oynadığını başa düşdü. Bizim komandada qol vursaydı, xəbər bütün dünyaya yayılardı. Parisdə isə onun qolları az nəzərə çarpır".
Daha öncə İspaniya mətbuatı bildirib ki, Neymar "Barcelona"ya keçmək üçün PSG-nin yeni müqavilə təklifini rədd edib. Paris klubu onun məvacibini 50 faiz artıraraq 36,8 milyon avroya yüksəltməyi hədəfləyib. İspaniya klubu isə oyunçuya 20 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Neymar "Barcelona"dan PSG-yə 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya keçib. 27 yaşlı hücumçu Paris təmsilçisinin heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib. Forvardın PSG ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
24.05.2020
“Barselona“ 18 yaşlı hücumçu alır
24.05.2020
Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
24.05.2020
Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO
24.05.2020
“Arsenal”dan birdəfəlik getmişəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info