Fərqanə Ədəbi Məclisi yaradıldı
Tarix: 14.05.2020 | Saat: 22:03:00 | E-mail | Çapa göndər



Sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına eksklüziv müsahibə verən Qabil Ədalət deyib...


Azərbaycanın gənc şairlərindən olan Qabil Ədalət dəyərli addım atıb: yaxınlarda dünyasını dəyişmiş müasir tanınmış şairənin xatirəsini əbədiləşdirmək üçün Fərqanə Ədəbi Məclisi yaradıb.

Sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına eksklüziv müsahibə verən Qabil Ədalət deyib: “Bildiyimiz kimi, may ayının 2-də Azərbaycanın müasir tanınmış şairəsi Fərqanə Mehdiyeva 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Poeziyamızda öz dəst-xətti olan Fərqanə xanımın ölümü doğmaları ilə bərabər bütün ədəbiyyatsevərləri, sənət dostlarını və ədəbi gəncliyi göz yaşına qərq etdi. Hələ də yoxluğunu qəbul edə bilmirik. Onun cavan gedişi məni həm də övladları qədər üzdü, sanki anamı itirdim. Fərqanə Mehdiyevanı şair kimi tanıyıb sevsəm də, sonradan aramızda elə bir ana-bala münasibəti yarandı ki, dost olduq, sirdaş olduq, dərd ortağı olduq. Mənə belə doğma insandan ayrı düşmək ağır itkidir. Özümü onun balası gördüyüm üçün övladları ilə bərabər şairənin adını yaşatmağı özümə borc bildim. Belə bir qərar verdim ki, Fərqanə Mehdiyevanın adını ədəbilləşdirək. Ona görə bu addımı atdım: mənimlə həmfikir olan ədəbiyyat dostları ilə birgə Fərqanə Ədəbi Məclisi yaratdıq. Məclisin fəaliyyəti məlum pandemiya bitdikdən sonra başlayacaq. Ayda bir dəfə şairlər bir araya gələcək, Məhsəti, Natəvan sələflərindən olan Fərqanə Mehdiyeva yada salınacaq, şeirlər oxunacaq, Azərbaycanın ədəbi məclis ənənəsi onun xanım adında davam edəcək. Fərqanə Ədəbi Məclisi təkcə Bakıda deyil, bölgələrdə və ölkədən uzaqlarda da təşkil olunacaq.”




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info