Koronavirus Olimpiya oyunlarında iştirak edəcək idmançıların sayına təsir etməyəcək
Tarix: 15.05.2020 | Saat: 11:59:00 | E-mail | Çapa göndər


Koronavirus Olimpiya oyunlarında iştirak edəcək idmançıların sayına təsir etməyəcək.

Bunu Trend-ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış milli atletlərimizin karantin dövründə məşqləri barədə sualı cavablandırarkən deyib.

Ç.Hüseynzadə bildirib ki, karantin rejiminin yumşaldılmasına baxmayaraq, idmançıların məşqlərini pandemiyaya qədərki səviyyədə olduğu kimi tam şəkildə davam etdirmələrindən danışmaq hələlik tezdir. Bununla belə, karantin rejimi şəraitində idman növlərindən və onların xüsusiyyətlərindən asılı olaraq idmançılar mümkün imkanlar daxilində müəyyən hazırlıqlar görürlər:

“Bununla daha çox federasiyalar məşğul olur. Məsələn, atletikada olimpiya lisenziyaçımız Nazim Hüseynov təkcə ev şəraitində deyil, həm də öz məşqçisi ilə bərabər dəniz kənarında məşq edir və özünün fiziki hazırlığını möhkəmləndirir. Belə idmançıların sayı çoxdur və onlar öz idman növündə müxtəlif alternativlər tapıb məşq edirlər”.

Məşqlərin ev şəraitində davam etdirilməsinin idmançıların hazırlıq səviyyəsinə hər hansı mənfi təsiri ilə bağlı məsələyə münasibət bildirən Ç.Hüseynzadə qeyd edib ki, əlbəttə ki, məşqlərin bu formada davam etdirilməsi idmançıların hazırlığına təsir göstərir. Amma onsuz da idmançılar konkret olaraq hər yarış öncəsi, məşqlərini yarışlara uyğun şəkildə planlaşdırırlar:

“Hal-hazırda heç bir yarış planlaşdırılmadığı üçün onlar da öz fiziki formalarını qorumaq üçün məşq edirlər. Yarışların qrafiki hazır olandan sonra idmançılarımız daha ciddi hazırlaşmağa başlayacaqlar”.

Pandemiyanın Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların sayına təsir göstərib-göstərməyəcəyi haqqında danışan Ç.Hüseynzadə idmançıların sayının azalmayacağını düşünür:

“Düşünmürəm ki, Olimpiya oyunlarında iştirak edəcək idmançıların sayında azalma olsun. Yəni yarışların bir il sonra keçirilməsi iştirakçıların sayına təsir etməyəcək, əksinə, bu təsir onların sayının artmasına xidmət edəcək. Bəzi idman növlərində lisenziyaların verilməyə başladığını nəzərə alaraq, yeni nəsil idmançıların da olimpiya oyunlarına vəsiqə qazanması üçün şərait yaradıla bilər”.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info