ASAN Qlobal Veb Forumun ilk günü iki ardıcıl sessiya ilə davam edib
Tarix: 15.05.2020 | Saat: 12:09:00 | E-mail | Çapa göndər



“Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” ASAN Qlobal Veb Forumunun açılış sessiyasının ardından “Pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi” mövzusunda panel sessiya təşkil olunub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, natiqlər agentliyin sədri Ülvi Mehdiyev, Özbəkistanın Ədliyyə naziri Ruslanbek Davletov, Uqandanın Dövlət xidmətləri naziri Vilson Muruli Mukasa, İndoneziyanın İnzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa, İtaliya Respublikası Baş Nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departamentin rəhbərinin müavini Mişel Palma, Birgə e-Hökumət və Açıq Data üzrə İnnovasiya Mərkəzinin IT üzrə rəhbəri Kristian Rup olublar.

Moderatorluğu isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) dövlət xidmətləri innovasiyası bölməsinin rəhbəri Con-Mari Kauzya həyata keçirib.

Sessiyada “Pandemiyanın dövlət xidmətləri üçün yaratdığı çətinlikləri necə aradan qaldırmaq olar?”, “Karantin tədbirləri və iqtisadi durğunluq şəraitində necə davranmaq lazımdır?” kimi suallara cavab tapmağa çalışılıb.

Natiqlər bu günlərdə yaşanılan problemləri, həmçinin səmərəli, etibarlı və müxtəlif ölkələrin vətəndaşlarına təklif etmək üçün replikasiya oluna bilən həll yollarını müzakirə ediblər.

Sonra “Pandemiya dövründə cəmiyyətin səfərbər edilməsi məqsədilə sosial innovasiyalar və smart həllər” mövzusunda panel sessiya keçirilib.

Bu sessiyanın natiqləri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsinin rəhbəri Ali Taha Koç, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG Africa) Baş katibi Jan Pyer Elonq Mbassi, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi nazirinin müavini Ablaixan Ospanov, Gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin sədr müavini Mariam Laşki, Estoniya Akselerasiya proqramının rəhbəri Mik Vainik olublar.

Moderatorluğu isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) rəqəmsal hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro həyata keçirib.

Sessiyada müvafiq istiqamətdə maraqlı, mürəkkəb və mütərəqqi həllər təqdim olunub.

Eyni zamanda, real tətbiqi təcrübələr bölüşülüb və müzakirə edilib. Çox sayda maraqlı tərəfləri nəzərdə tutan və əhatə edən təhlilə, həmçinin vətəndaşyönümlü yanaşmalara xüsusi diqqət yetirilib.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info