AİJF yazı müsabiqəsi elan edir: 1-ci yer – 500 manat
Tarix: 15.05.2020 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsi elan edir.

Müsabiqəyə yalnız AİJF üzvləri qatıla bilərlər;

Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;

Yazılar 15 may – 15 iyun aralığında heç bir yerdə dərc olunmadan azesportsmedia@gmail.com e-mailinə göndərilməlidir;
Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. Qaliblərin adları 2020-ci il iyulun 2-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 25-dən iyulun 1-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

Yazılara dair tələblər:

- Times New Roman şriftində (12) yazılmalı, 7-11 min arası işarədən artıq olmamalıdır;

- orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;

- Azərbaycan dilində olmalıdır;

- jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;
VÖEN-in surəti.
Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:

1-ci yer – 500 manat
2-ci yer – 300 manat
3-cü yer – 200 manat




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
24.05.2020
“Barselona“ 18 yaşlı hücumçu alır
24.05.2020
Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
24.05.2020
Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO
24.05.2020
“Arsenal”dan birdəfəlik getmişəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info