4 ildə “Azərişıq“ ASC-yə elektron müraciət edən sahibkarların sayı açıqlanıb
Tarix: 15.05.2020 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“2019-cu il ərzində gələn müraciətlərin 100%-i elektron müraciət sistemi vasitəsi ilə şəbəkəyə qoşulub”. Bunu sahibkarlar üçün keçirilən onlayn məlumatlandırma sessiyasında "Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli deyib.
E.Rüstəmlinin sözlərinə görə, hər il Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə “Azərişığa” müraciətlər artır:
“Əgər 2017-ci ildə bu sistem vasitəsi ilə 22 sahibkar müraciət etmişdisə, 2020-ci ildə bu rəqəm 5 492-yə çatıb. Bu sistem həm də sahibkarların məmurlarla təmasını da minimuma endirib. Belə ki, əgər əvvəllər sahibkar-məmur təması 10 dəfə idisə, hazırda bu rəqəm 5 dəfə azalaraq 2-yə düşüb. Bu isə cənab prezidentin apardığı uğurlu siyasətin göstəricisidir”.
“Azərişıq” təmsilçisi qeyd edib ki, yeni sistem vasitəsi ilə sahibkarlar xərclərini öncədən hesablamaq imkanı əldə edirlər:
“Əksər qabaqcıl ölkələrdə olduğu kimi bizdə də sahibkar fəaliyyətə başlayanda onun çəkəcəyi xərcləri hesablamaq imkanı yaradılıb. Yaradılan şəffaflaşma nəticəsində qoşulma haqqında əlavə sahibkardan heç bir əlavə vəsait tələb oluna bilməz. Karantin müddətində sahibkarların müraciətləri azalıb, amma bütün müraciətlər operativ şəkildə icra edilir”.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
30.05.2020
“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası “Kapital Bank”la ödəniləcək
30.05.2020
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb
30.05.2020
“Brent“ markalı neftin qiyməti 38 dollardan yuxarı qalxıb
29.05.2020
Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info