Könüllülər koronavirusla mübarizədə dövlətin yanındadırlar
Tarix: 15.05.2020 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yeni “Bir-birimizi qoruyaq” kampaniyasına start vermişdir.
Dünyada sürətlə yayılan yeni koronavirus epidemiyasının ölkə əhalisinin sağlamlığı üçün yarada biləcəyi təhlükələrin qarşısının alınması istiqamətində dövlət başçısının göstərişi ilə həyata keçirilən təsirli tədbirlər, Respublika ərazisində tətbiq edilən karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına imkan yaratmışdır. Lakin təhlükə hələ də tamamilə sovuşmamışdır. Təəssüf ki, heç də bütün vətəndaşlar tərəfindən bu təhlükənin dərindən dərk edildiyini, onun dəf edilməsinin ilk növbədə məsuliyyətli davranışdan, verilən tövsiyə və təlimatlara düzgün əməl edilməsindən asılı olduğunun başa düşüldüyünü söyləmək mümkün deyildir. AKƏM-in yeni kampaniyası dövlət tərəfindən məhz bu istiqamətdə həyata keçirilən fəaliyyətə töhfə verəcəkdir.
Mərkəzin işində iştirak edən 18 könüllülər hərəkatının birgə qərarı ilə, ölkəmizdə karantin rejiminin ardıcıl şəkildə yumşaldılması ilə əlaqədar yaranan yeni şəraitdə əhalinin sağlamlığının qorunması istiqamətində müxtəlif maarifləndirmə və təbliğat tədbirləri həyata keçiriləcəkdir. Kampaniya çərçivəsində vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun hərəkət etmələri, o cümlədən insanların çox toplaşdığı məkanlarda sosial məsafənin saxlanılması, növbə mədəniyyətinin yüksəldilməsi, dezinfeksiya tədbirlərinin mütəmadi şəkildə aparılması, şəxsi qoruyucu vasitələrdən istifadənin təşviq edilməsi kimi məsələlər diqqət mərkəzində olacaqdır.
Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən Respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü Qonşu”, “Könüllü Donor” aksiyalarında minlərlə könüllü iştirak etmişdir.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
30.05.2020
Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
29.05.2020
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı qərargahdan açıqlama
29.05.2020
Maska və sosial məsafəyə dair tələblərin nə vaxtdan tətbiq ediləcəyinə aydınlıq gətirilib
29.05.2020
Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info