Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
Tarix: 16.05.2020 | Saat: 13:54:00 | E-mail | Çapa göndər



Bu gün ermənilər Rusiyadan pul köçürmələrinin həcmindəki ümumi azalmanı daha çox rus rublunun ABŞ dollarına nisbətdə zəifləməsi ilə əlaqələndirirlər. Məsələ bundadır ki, bu ilin təkcə mart ayında Ermənistanda fiziki şəxslərə xaricdən göndərilən pul köçürmələrinin həcmi fevral ayı ilə müqayisədə 14,3 milyon dollar azalıb.

Təbii ki, bu xaricidən göndərilən ianələr hesabına duruş gətirən bir ölkə üçün böyük itkidir. Xatırladaq ki. bu gün erməni ailə başçılarının əksəriyyəti çörək ardınca daha çox Rusiyanı seçirlər. Amma indi onların koronavirusla əlaqədar qazanc əldə edə bilmədiklərini nəzərə alsaq, hazırda Ermənistanda başsız qalan ailələrinin nələrlə üzləşdiyini təsəvvür etmək elə də çətin deyil. Məsələ bundadır ki, koronavirusun Ermənistana gətirdiyi bəlalar açıq şəkildə sezilməkdədir. Bunu artıq erməni siyasilər də açıq şəkildə etiraf etməkdədirlər. Məsələn, erməni politoloq Akop Köçəryan bu gün Ermənistanda yüz minlərlə insanın yarıac yaşadığını və bunun gələcəkdə ölkə üçün böyük fəsadlar törədə biləcəyini bildirib.
Ermənistanda başsız qalan erməni ailələri isə hələ də ümidlə Rusiyadan pul gözləməkdədirlər. “Rusiyadan pul köçürmələrinin azalmasının əsas səbəbi ABŞ dollarının martda rubla qarşı kəskin möhkəmlənməsi - fevral ayı ilə müqayisədə 14,5 faiz artmasıdır. Bu səbəbdən, mart ayında pul köçürmələri həcmində itkilər 7,5 milyon dollara çatıb” (News am). Bu, erməni caytlarının gəldiyi qənətdir. Onlar, nədənsə, dünyanı bürüyən epidemiya ilə bağlı heç bir fikir səsləndirmirlər.
Yerı gəlmişkən, Ermənistan Mərkəzi Bankının uzun araşdırmasından sonra əldə etdiyi məlumat diqqəti cəlb etməyə bilməz. Məsələn, bankın bildirdiyinə ğörə, Ermənistanda ABŞ-dan edilən pul köçürmələrin 70 faizdən çoxu İrəvan, Rusiyadan edilən pul köçürmələrin 80 faizdən çoxu isə bölgələrdəki ailələr tərəfindən qəbul edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
3 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
4 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info